Moderator.az-ın FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin “Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi”nə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Qumbaşı kəndində “VAZ” markalı minik avtomobili və “MERCEDES-BENZ” markalı yük avtomobili toqquşub.
Nəticədə minik avtomobili ağır deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1971-ci il təvəllüdlü Həsənov Fuad Tofiq oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Əməliyyat saat 11:00-da başa çatıb.

































































































