Goranboyda ev yandı, yaralılar var

Hazırda oxunan: Goranboyda ev yandı, yaralılar var

37695

Moderator.az  Kəpəz TV-yə istinadən xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsi əməkdaşları rayonun Əzizbəyov kənd sakini Aminə Ələsgərovaya məxsus ümumi dəyəri 700 manat olan 4 baş xırda buynuzlu heyvanı oğurlayan Ceyhun Həsənov və Vüqar Məmmədovu saxlayıblar. Goranboy rayon Şıxlar kəndində qeydiyyatda olan, Şəmkir rayonunda yaşayan şəxslər heyvanları satıb, qayıdarkən tutulublar. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi açılıb.

Bu gün həmçinin Goranboyun Dəliməmmədli şəhərində iki nəfərin xəsarəti ilə nəticələnən yanğın hadisəsi baş verib. Saat təxminən 14.30 radələrində 
Akif Qulam oğluna məxsus evin tövləsində çıxan güclü yanğın nəticəsində 10 başdan çox iri buynuzlu heyvan tələf olub. Ev yiyəsi və  onun həyat yoldaşı Arifə Quliyeva isə xəsarət aldıqları  üçün xəstəxanaya yerləşdiriliblər. Goranboy Rayon Yanğından Mühafizə hissəsinin və Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları alovun digər tikililərə keçməsinin qarşısı alıb. İlkin ehtimala görə, yanğın elektrik naqillərində qısa qapanma ucbatından baş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin