Bakıda 57 yaşlı kişi intihar edib. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ağa Nemətulla küçəsi 63/65 ünvanının qarşısında baş verib. 1956-cı il təvəllüdlü Rauf Mütəllim oğlu Abdullayev qeyd olunan ünvanın qarşısında özünü qaz borusundan asıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Vesti.az-ın məlumatına görə, intihar edən Rauf Abdullayev “Bank of Baku”nun əməkdaşıdır. O, noyaörın 19-da saat 20.00-da işdən çıxıb, amma evə getməyib. Rauf Abdullayevin kürəkəni polisə müraciət edib. Bu gün saat 08 radələrində isə onun meyiti istixananın qarşısındakı qaz borusundan asılmış vəziyyətdə tapılıb































































































