Yolu keçən "bomj"u maşın vurdu

Hazırda oxunan: Yolu keçən "bomj"u maşın vurdu

35894

Bu gün axşam saat 20.00 radələrində Abşeron rayonu ərazisində, Kürdəxanı-Pirşağı yolunda maşın piyadanı vurub. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata əsasən, orta yaşlı kişi hadisə yerində keçinib. 

Abşeron rayonu polis idarəsində Moderator.az-a verilən məlumata görə, ölən şəxsin şəxsiyyəti bəlli deyil. İlkin əlamətlərə görə, yaşayış yeri bəlli olmayan, slavyan mənşəli "bomj" təsiri bağışlayır. 

Hadisənin ağ rəngli “Chevrolet” avtomobili tərəfindən törədildiyi məlumdur. Hazırda ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi üzrə istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin