ADP fəali Ilkin Süleymanov mitinqdən sonra döyüldü

Hazırda oxunan: ADP fəali Ilkin Süleymanov mitinqdən sonra döyüldü

35817

Milli Şuranın 09 oktyabr 2013-cü il tarixdə keçirilmiş prezident seçkilərinin saxtalaşdırılmasına etiraz əlaməti olaraq 27 oktyabr 2013-cü il tarixli aksiyasında aktiv iştirak etdiyinə və aksiya zamanı hakimiyyətin ünvanına radikal şüarlar səsləndirdiyinə görə ADP fəalı İlkin Süleymanov aksiyadan sonra naməlum şəxslər tərəfindən döyülüb.  

Belə ki, İ.Süleymanov aksiya başa çatdıqdan sonra yaşadığı ünvana piyada getdiyi zaman 2-3 nəfər idmançı görkəmli şəxslər ona yaxınlaşaraq mitinqə qatıldığına və aksiya zamanı hakimiyyət əleyhinə şüarlar səsləndirdiyinə görə nalayiq ifadələrlə təhqir etməyə başlayıblar. Onların bu hərəkətlərinə reaksiya verən ADP fəalına qarşı həmin şəxslər hücum edərək döyməyə başlamış, onu təhqir edərək bildiriblər ki, aksiyalara qoşulacağın halda başına oyun açacağıq, digər dostların kimi səni də şərləyib türməyə soxacağıq. Onlar həmçinin ADP fəalından mitinqlərə qoşulmamağı, təmsil olunduğu partiyadan istefa verməyi və mətbuatda hakimiyyət əleyhinə yazılarına son verməyi tələb ediblər. Baş vermiş hadisənin səs-küyünə ətrafda olan insanlar gələrək ADP fəalını həmin şəxslərin zorakılığından xilas ediblər. Hadisə yerinə toplaşan insanların çoxluğunu görən həmin şəxslər qaçaraq hadisə yerindən uzaqlaşıblar. Hava şəraiti qaranlıq olduğuna görə həmin şəxslərin kimliyini müəyyən etmək mümkün olmayıb.  
ADP fəalına qarşı törədilən zorakılıq sözsüz ki, hakimiyyət orqanlarının siyasi sifarişi əsasında həyata keçirilib. Çünki, ölkədə olan mövcud rejim zaman-zaman müxalifət düşərgəsinin aktiv üzvlərinə, o cümlədən ADP fəallarına qarşı bu cür iyrənc metodlardan istifadə edib. Xatırladaq ki, İ.Süleymanov siyasi fəaliyyəti ilə bərabər həm də “Hürriyyət” qəzetində hakimiyyəti tənqid edən yazılarla çıxış edir, buna görə o, dəfələrlə məhkəməyə də verilib. İ.Süleymanova qarşı törədilən bu özbaşınalıq sözsüz ki, onun həm siyasi, həm də jurnalist fəaliyyəti ilə bağlıdır. Hakimiyyət orqanlarının müxalif fəallara qarşı bu cür qanunsuz və özbaşına hərəkətlərinin məqsədi insanlarda xof yaratmaq onları siyasi fəaliyyətdən və mübarizədən çəkindirməkdir. Bu cür metodlar effekt verməyəndə isə müxalifətçi fəalların ya cibinə narkotik atır ya evindən silah “çıxarır” ya da başqa bir qondarma və saxta ittihamla həbsə atır. Necə ki, bu gün yüzlərlə müxalifət fəalı hakimiyyətin qondarma, saxta ittihamları ilə türmələrdə çürüyür.   
ADP fəali Ilkin Süleymanov mitinqdən sonra döyüldü
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin