Türkiyəli hüquq müdafiəçisi Rusiyada tutuldu

Hazırda oxunan: Türkiyəli hüquq müdafiəçisi Rusiyada tutuldu

34503
Rusiyanın qaz nəhəngi olan «Qazprom»un əleyhinə keçirilən aksiyanın iştirakçıları tutulub. «Taraf» yazır ki, Rusiya Sahil Təhlükəsizlik qüvvələri tərəfindən tutulan «Greenpeace» fəallarından Gizəm Akhan iki ay müddətinə azadlıqdan məhrum edilib. Rusiya məhkəməsinin qərarından heyrətlənən «Greenpeace» fəalları 24 yaşlı Gizəmə və onunla birlikdə tutulan 30 fəala dəstək vermək məqsədilə Rusiyanın İstanbuldakı konsulluğunun qarşısına toplaşıblar. Xatırladaq ki, Gizəm Akhan Bahçaşehir Universitetinin beynəlxalq maliyyə fakültəsinin tələbəsidir. Beş ildir ki, «Greenpeace» qrupuna qoşulub və hər cür sosial qanunsuzluqlara qarşı mübarizə aparır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin