Azərbaycanda
çoxsaylı insan itkisi ilə nəticələnən yol qəzaları davam edir. Moderator.az-ın APA-ya
istinadən verdiyi məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 7
yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 8 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyi onu da bildirib ki, qəzaların
böyük əksəriyyəti sürət həddinin aşılması nəticəsində meydana gəlib.































































































