“Bu gecə KXCP-nin ofisinə təxribat xarakterli hücum olub”.Moderator.az xəbər verir ki, Bunu ANS PRESS-ə açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyası Nərimanov rayon şöbəsinin sədri, Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu bildirib.
X.Teyyublu qeyd edib ki, partiyanın giriş hissəsində dövlət bayrağının asıldığı yer sındırılıb və aparılıb: "Ancaq qərargaha daxil ola bilməyiblər. Azərbaycanın müstəqillik mübarizəsində xidməti olmuş partiyanın qərargahına və dövlət bayrağına hörmətsiz davranış hamımızı narahat edir".
O, bunu KXCP-na qarşı seçkiqabağı təxribat kimi qiymətləndirib: "Bu, partiyamıza qarşı bir təxribatdır. Partiyanin ofisinin yanında dövlət obyekti var və müşahidə kamerası polis orqanlarına imkan verir ki, bu hadisəni araşdırıb qiymət versin".
X.Teyyublu bununla bağlı Nərimanov RPİ-nə məlumat verməyə hazırlaşdığını deyib.



























































































