Mitinqdə iştiraka etdiyinə görə 2 gənc saxlanıldı

Hazırda oxunan: Mitinqdə iştiraka etdiyinə görə 2 gənc saxlanıldı

32906
Milli Şuranın 18 avqust mitinqi hələ də hakimiyyəti narahat etməkdədir. Belə ki, mitinqdə iştirak etmiş fəal gənclər təqib olunur. Bu gün isə, Azad Vətəndaş Hərəkatının 2 üzvü, Zaur Əliyev və Niyazi Qurbanov, Yasamal rayon 27- ci polis bölməsinə aparılıb. Yarım saat bölmədə saxlanıldıqdan sonra, mitinqə çıxmamaqla bağlı xəbərdarlıq edilərək sərbəst buraxılıblar.

Niyazi Qurbanov “Azadlıq”a açıqlamasında bunları dedi: “ Biz parkda oturub çay içirdik. Bu zaman polis nəfərləri bizə yaxınlaşıb, maşınla bağlı problemin olduğunu bildirdilər. Maşının sənədlərin alıb, özümüzü də polis bölməsinə gətirdilər. Mən Almaniyaya tez-tez gedirəm, həm də idmançıyam. Mənə dedilər ki, prezident idmana qayğı göstərir. Get idmanla məşğul ol. Yoxsa, səni həbsə atarıq, idmanı da orda edərsən. Mənə bildirdilər ki, birdə mitinqə getməyim. Ciddi xəbərdarlıq etdilər. Şəxsiyyət vəsiqəmin sürətini çıxardıb özlərinə götürdülər. Qarşıma bir kağız qoydular ki, imza atım, amma mən imza atmadım. Psixoloji təsir göstərirdilər ki. mitinqdə iştirak etməyim”.


Elçin Mirzəyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin