Qəzada ölən müəllimlərlə bağlı məktəbin direktorundan AÇIQLAMA...

Hazırda oxunan: Qəzada ölən müəllimlərlə bağlı məktəbin direktorundan AÇIQLAMA...

271550
Xəbər verdiyimiz kimi dünən Masallı rayonunun Çaxırlı kəndi ərazisində “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində faciəvi şəkildə dünyasını dəyişən Cəlilabad rayon Maşıq kənd sakinləri, eyni zamanda kəndin orta məktəb müəllimləri 1957-ci il təvəllüdlü Ağayev Sabir Məmmədağa oğlu və 1971-ci il təvəllüdlü Abdullayev Abdulla Məmmədəli oğlu kənd qəbiristanlığında dəfn edilib.

Məsələylə bağlı Moderator.az-a açıqlamasında Maşlıq kənd orta məktəbinin direktoru İsrafil Nəsirov bildirib ki, hər iki müəllim mayın 1-dən səhhətləriylə bağlı bülleten açdırıblar və hadisənin baş verməsinin məktəbə aidiyyatı yoxdur:

“Dünən qəzada dünyalarını dəyişən iki müəllimimizi dəfn etdik. Hər iki müəllim Masallı istiqamətində yüksək sürətlə hərəkət edərkən avtomobil idarəetməni itirib və Sabir Ağayev idarə etdiyi maşınını aşırdıb. Hər iki müəllim səhhətləriylə bağlı mayın 1-dən bülleten götürmüşdülər. Ona görə də hadisə iş vaxtı baş verməyib. A.Abdullayevin atası Məmmədəli də kənddə müəllim olub və hazırda qızı da Lənkəranda universitetdə oxuyur”.xa0

Qeyd edək ki, dünən saat 15 radələrində qeyd alınan qəzaya yüksək sürətin səbəb olduğu bildirilir. Faktla bağlı Masallı rayon Polis Şöbəsində cinayət işi açılıb və araşdırma aparılır.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin