Bir neçə gündən sonra Şuşanın işğalının 27-ci ildönümünü hüznlə qeyd edəcəyik.
Moderator.az olaraq Milli Qvardiyanın keçmiş komandiri, həmin dövrdə ölkədə baş verən proseslərin içərisində olmaqla ölkənin siyasi palitrasına hamıdan yaxşı bələd olan polkovnik Əzizağa Süleymanovun 1992-ci ildə işğal ərəfəsində ölkədəki real siyasi şəraitlə bağlı silsilə yazılarını təqdim edəcəyik:
Əvvəli bu linkdə:xa0//www.moderator.az/news/269231.html
...Beynəlxalq təşkilatlar və xarici dövlətlərin bəziləri,xa0 o cümlədən üzdə barışdırıcı mövqe seçən İran dövləti Azərbaycan və ermənistanın rəhbərlərini İran dövlətinin mərkəzi şəhəri olan Tehrana dəvət etmişdi. Azərbaycan dövlətinə rəhbərlik edən Ali Sovetin sədri,ölkə prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov İrana səfər etməmişdən bir gün qabaq ölkənin güc strukturalarının rəhbərlərini, o cümlədən Milli Qvardiya komandanı polkovnik Azər Babayevi Prezident Aparatına çağırtdırmış, onlara müəyyən göstəriş və tapşırıqlar vermişdi. Yuxarıda qeyd etdiyim kimi vaxtı ilə Xalq Cəbhəsinin idarə heyətində təmsil olan deputat Rəhim Qazıyevi Yaqub Məmmədov Milli İstiqillal partiyasının sədri, böyük silahlı gücə malik olan deputat Etibar Məmmədovun təzyiqi altında 1992-ci il 17 mart tarixində Müdafiə Naziri general-mayor Tahir Əliyevi Müdafiə Naziri vəzifəsindən azad etmiş, mülki şəxs olan Rəhim Qazıyevi təyin etmişdi. Yaqub Məmmədov ikinci bir fərmanı ilə general-mayor Tahir Əliyevi Daxili İşlər Naziri vəzifəsinə təyin etmişdi. Bu təyinatla ölkə rəhbərliyi bir növ müxalifət qüvvələri arasında parçalanma taktikasından istifadə edərək müxalifət qüvvələrinin bir qanadını öz tərəfinə çəkməklə Xalq Cəbhəsinin hakimiyyətə gəlməxa0 planının qarşısını almaq istəyirdi. İran səfəri ərafəsində ölkə rəhbərinin səlahiyyətlərini icra edən Yaqub Məmmədova Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Müdafiə Naziri Rəhim Qaziyevin dövlət çevrilişi etməyə hazırlaşdığı barədə məxfi məlumat verilmişdi. Səfər üstündə olan ölkə rəhbəri Yaqub Məmmədov Milli Qvardiya komandanına göstəriş vermişdi ki, nəyin bahasına olursa olsun Müdafiə Nazirinə imkan verməsin ki, belə bir planını həyata keçirsin. Yaqub Məmmədovla Rəhim Qaziyev arasında bir mübahisəli məsələ baş vermişdi. Bu mübahisəli məsələ Müdafiə Nazirinin müavini, baş qərargah rəisi polkovnik Şahin Musayevlə bağlı idi. Ölkə başçısının səlahiyyətini yerinə yetirən Yaqub Məmmədov döyüş bölgələrində baş verən hadisələrlə əlaqədar olaraq Müdafiə Nazirliyinin rəhbərliyini Prezident Aparatına çağırtdırırdı. Müdafiə Naziri Rəhim Qaziyev Bakıda olmayanda baş qərargah rəisi polkovnik Şahin Musayev Prezident Aparatına gəlirdi. Elə vaxt da olurdu ki, qərargah rəisi bərk içkili halda mühafizəçilərinin köməkliyi ilə güclə ayaq üstə duraraq prezident aparatına gələndə mən ölkə başçısının mühafizəçisi ilə bərabər onu ölkə rəhbərinin yanına bir başa buraxmır, bu barədə Ali Dövlət və Hakimiyyət Orqanlarının Mühafizə idarəsinin rəisi general-mayor Vaqif Axundova məlumat verirdik. Vaqif Axundov ölkə rəhbəri ilə birbaşa əlaqəsi olan şəxs idi. O da Müdafiə Nazirinin müavini baş qərargah rəisi polkovnik Şahin Musayevin kefli olması barəsində ölkə rəhbərini məlumatlandırırdı. Bunun müqabilində də ölkə rəhbərinin səlahiyyətlərini yerinə yetirən Yaqub Məmmədov Ali Sovetin növbəti sessiyasında 5 may tarixində Ali Sovetin sessiyasının qərarı ilə Müdafiə Nazirinin baş qərargah rəisi polkovnik Şahin Musayevi tutduğu vəzifədən azad etmişdi. Müdafiə Naziri Rəhim Qazıyev isə Ali Sovetin qərarını yerinə yetirmək istəmirdi. Ölkə başçısından Ali Sovetin sessiyasının Şahin Musayev barəsində çıxartdığı qərarı ləğv edilməsini tələb edirdi.xa0xa0
xa0 xa0 xa0 xa0
6 may 1992-ci il tarixində Yaqub Məmmədov İran dövlətinin dəvəti ilə İrana rəsmi səfərlə bağlı yola düşmüşdü. Həmin günü Milli Qvardiya üzrə cavabdeh mən idim. Komandirlərlə bərabər 18 nəfər qvardiyaçı da hər ehtimala qarşı növbə ilə hər gecə Milli Qvardiyanın qərargahında gecələyirdi. Axşam saat 19-30 da Qvardiya növbətçisi məni telefona çağırıb komandanla telefon əlaqəsi qurmuşdu. Milli Qvardiya komandanı Azər Babayev telefonda mənə göstəriş vermişdi ki, təcili olaraq Prezident Apartının mühafizəsini təşkil et, həyacan siqnalı ilə Milli Qvardiyanın şəxsi heyətini qərargaha toplanması barədə göstəriş ver, Aparat ətrafında hər hansı bir maniə ilə rastlaşsan döyüş əmri verib əmri yerinə yetirin. Komandana "oldu" deyərəkxa0 Qvardiyanın operativ əməliyyat növbətçisinə həyəcan siqnalı ilə şəxsi heyəti ayağa qaldırmaqxa0 göstərişi verərək, Milli Qvardiya qərargahında döyüş tapşırığını yerinə yetirmək üçün bütün döyüş ekipirovkası ilə silahlanmış, hazır vəziyyətdə hər an döyüş əmrini yerinə yetirə bilən 18 nəfər xüsusi təyinatlı qvardiyaçılara ilk döyüş təlimatını verib "Maşına minin" göstərişini verdim. Onlarla birgə hazır vəziyyətdə Milli Qvardiyanın önündə dayan kamaz markalı üstü tentli maşına mindik.xa0 yüksək sürətlə prezdent aparatına sarı hərəkət etdik. Döyüş planına əsasən Milli Qvardiyanın Mühüm Dövlət obyektlərinin mühafizəsi ilə bağlıxa0 qarovul xidmətinə cəlb edilən şəxsi heyətinin əkər üzvüləri təlimatlı idilər. Nazirlər Sovetinin inzibati binasına yaxınlaşanda gördüm ki, Nazirlər Sovetinin inzibati binası küçə tərəfdən Milli ordunun əsgərləri tərəfindən mühasirəyə alınır. Bu yerlərin giriş çıxışını yaxşı tanıdığımız üçün qvardiyaçılara göstəriş vermişdim ki, heç kimə fikir vermədən KAMAZ maşını dayanan kimi bir anda binaya daxil olsunlar.xa0 xa0 xa0 xa0xa0
Nazirlər Sovetinin darvazasının girişində duran polis nəfəri bizim gəlişimizi gözləyirmiş kimi darvazanın ağızında durmuşdu. Polis nəfəri Milli Qvardiyaçıların KAMAZ markalı maşınlarını tanıdıqları üçünxa0 uzaqdan Milli Qvardiyaçıları gətirən kamaz maşınını görən kimi darvazanı açmışdı.xa0 Biz Nazirlər sovetininxa0 inzibati binasının önündəki böyük darvazadan Nazirlər sovetinin və prezident aparatının daxili ərazisinə girdik. Milli Qvardiyaçılar döyüş planına əsasən bir anın içərisində prezident aparatının və nazirlər sovetinin giriş çıxış qapılarını nəzarətə götürüb giriş -çıxışı bağlatdırdılar.xa0 Prezident Aparatına daxil olandan sonra bizə məlum oldu ki, Dövlət əhəmiyyətli inzibati binaların mühavizəsini aparan Dövlət Mühafizə idarəsinin polis əməkdaşlarınınxa0 hərbiçilərin binanı mühasirəyə alınmasından xəbərləri yox imiş. Onlar elə bilirlərmiş ki, Nazirlər Sovetinin ətrafında olanxa0 hərbçilər Milli Qvardiyanın əsgərləridir. Nazirlər Sovetinin giriş qapısında posta olan polislər şöbə rəisləri Tofiq Rəsulova yalnış məlumat verərək bildiriblər ki, Milli Qvardiyaçılar ətrafı mühafizəyə götürürlər. Tofiq Rəsulov da məlumatı araşdırmadan dövlət telefonu ilə Milli Qvardiya komandanı Azər Babayevə zəng edərək, ondan qvardiyaçıların Prezident Aparatının ətrafına nə məqsədlə gətirildiyini soruşur. Azər Babayev nə baş verdiyini dərhal başa düşüb, Tofiq Rəsulovun hay-küyçü olduğunu bildiyi üçün ona deyir ki, yəqin təlim keçirlər narahat olma komandirləri indi yanına gələcək. O telefonda təkrarən Tofiq Rəsulova narahat olmayın deyib telefonu asır. Bundan sonra Milli Qvardiya komandanı Azər Babayev tez Milli Qvardiyanın operativ əməliyyat növbətçisinə evində olan dövlət telefonu ilə zəng edərək məni telefona çağırtdırır.
Biz KAMAZ maşını ilə sürətlə Nazirlər Sovetinin darvazadan içəri daxil olmuşduq. Qvardiyaçılar əvvəlcədən verdiyim döyüş əmrinə əsasən cəld maşından yerə düşərək, Nazirlər Sovetinin inzibati binasının qabaqcadan müəyyən olunmuş sahələrində döyüş mövqei tutmuşdular. Bölük komandiri Elxan Dadaşovla birlikdə Milli Qvardiyanın qərargah rəisi Tariyel Nəsirovun rəhbərliyi altındaxa0 bugünkü yerinə yetirdiyimiz müdafiə döyüş planını çox dəqiqliyi ilə Prezident Aparatına ilk dəfə gələn gündənxa0 hər ehtimala qarşı işləyib hazırlamışdıq. Şəxsi heyəti bir neçə dəfə bu plan əsasında məşq etdirmişdik. Qvardiya döyüşçülərinə rəhbərlik edən qrup komandirləri dəqiqliyi ilə belə təlimləri yerinə yetirməyi bacarırdı. Bizim qəflətən binaya daxil olmağımızı Nazirlər Sovetinin qabağındaxa0 yolun kənarında duran sılahlı iki əsgərlə bir zabit görmüşdü. Onlar zabitlə bərabər polis postuna yaxınlaşanda posta döyüş mövqei tutan qvardiyaçı əsgərlərlə birlikdə gələn zabitinxa0 qabağına çıxmışdı. Onlar indi içəri keçən tentli KAMAZ maşını ilə maraqlanırdılar. Qvardiyaçı gələn zabitə heçnə demədənxa0 rabitə ilə bu barədə mənə məlumat vermişdi. Mən bizdən 10 metr aralı olan darvazaya yaxınlaşıb zabitdən qabaq onların kimliyini soruşmuşdum. Zabit Müdafiə Nazirliyinin əmri ilə bura gəldiklərini söyləmişdi. Mən də hirslə ona bizi tanımırsan Müdafiə Nazirliyinin xüsusi təyinatlı dəstəsiyik deyə cavab verib, əmr etmişdim ki, gedin komandirinizin verdiyi tapşırığı yerinə yetirin. Zabit "oldu" deyərək mənə hərbi tənzim edib giriş qapısından yanındakı əsgərlərlə birlikdə uzaqlaşmışdı. Bizim söhbətimizi eşidən postdakı polis nəfəri mənə üzünü tutub demişdi ki, komandir, biz elə bilirdik bunlar qvardiyanın əsgərləridir. Ona görədə darvazanı açıb durmuşam burda. Şöbə rəisimiz Tofiq Rəsulova da belə məlumat vermişik. Bundan sonra polis posta olan birbaşa telefonla Tofiq Rəsulova Qvardiyaçıların Prezident Aparatına daxil olduqları barədə xəbər vermişdi. Mən də öz növbəmdə rabitə vasitəsi ilə Milli Qvardiyanın nöbətçi hissəsinə qısa olaraq komandan tərəfindən verilən tapşırığa əməl olunduğu barədə məlumat verdim.
Ardı var...



































































































