"Hava limanında Dəmirəlin şərəfinə Fəxri qarovul dəstəsini təşkil edə bilməmişdik"

Hazırda oxunan: "Hava limanında Dəmirəlin şərəfinə Fəxri qarovul dəstəsini təşkil edə bilməmişdik"

269231
Bir neçə gündən sonra Şuşanın işğalının 27-ci ildönümünü hüznlə qeyd edəcəyik.

Moderator.az olaraq Milli Qvardiyanın keçmiş komandiri, həmin dövrdə ölkədə baş verən proseslərin içərisində olmaqla ölkənin siyasi palitrasına hamıdan yaxşı bələd olan polkovnik Əzizağa Süleymanovun 1992-ci ildə işğal ərəfəsində ölkədəki real siyasi şəraitlə bağlı silsilə yazılarını təqdim edəcəyik:

1992-ci ilin aprel ayının əvvəlində professor Murtuz Ələsgərovun rəhbərliyi altında bir qrup ziyalı Ali Sovetin sədri, ölkə prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədovla Prezident Aparatında görüşəndən bir neçə gün sonra Ali Sovetin qarşısına toplaşaraq mitinq keçirməyə başlamışdılar.
Onların tələbi vaxtı ilə Ali Sovetin sessiyasında deputatlar tərəfindən qəbul edilmiş qərarda prezidentliyə namizədlərin yaş fərqinin aradan götürülməsi tələbi idi. Ali Sovetdə qəbul edilmiş prezdentliyə namizədlər haqqındakı qanunda göstərilirdi ki, 65 yaşından yuxarı olan şəxs Azərbaycan Respublikasının prezidentliyinə namizəd ola bilməz. Ölkənin Ali Soveti tərəfindən qəbul edilmiş yaş fərqi ilə bağlı çıxarılmış qərar mitinq iştirakçılarının tələblərinə görə demokratik qərar deyildi, yalnız bütün dünyada tanınan və siyası çəkiyə malik olan Heydər Əliyevin seçki yolu ilə hakimiyyətə gəlməsinin qarşısının alınması üçün qəbul edilmiş qərar idı.

Ölkə rəhbərliyi tərəfindən Ali Sovetin qarşısında keçirilən mitinqə maneəçilik törətməmək barəsində güc strukturalarının rəhbələrinə xüsusi göstərişlər verilmişdi. Ölkəyə rəhbərlik edən Yaqub Məmmədov Heydər Əliyevin tərəfdarları tərəfindən təşkil edilmiş mitinqin gedişatı ilə bir növ öz apponentlərinə, yəni siyasi müxəlif qüvvələrinə göstərmək istəyirdi ki, baxın, əgər siz hökümətlə dialoqa gəlməsəniz, arxasında Heydər Əliyev kimi nəhəng siyasi dayağı olanxa0 siyasi qüvvə ilə rastlaşacaqsınız.xa0xa0
xa0 xa0xa0
Heydər Əliyev tərəfdarları tərəfindən Ali Sovetin inzibati binasının qarşısında təşkil edilən mitinq ilk günlərdə mitinqə toplaşan əhalininin çoxluğu ilə çox əzəmətli görünürdü. Təşkilatçılıq baxımından çox məharətlə təşkil edilmiş mitinqin ilk günlərində bir çox siyasi təşkilatların və siyasi partiyaların sıravi üzvləri bu mintinqdə iştirak edirdi. Respublkanın daxilində iqtidara qarşı müxalifət qüvvəsi kimi real gücə malik olan Xalq Cəbhəsi təşkilatı və Etibar Məmmədovun rəhbərliyi ilə Milli İstiqilal partiyası üzvlərinə Heydər Əliyev tərəfdarları tərəfindən təşkil edilmiş mitinqin gedişatı sərf etmirdi. Onlar çox gözəl başa düşürdülər ki, Heydər Əliyev tərəfdarları tərəfindən təşkil edilmiş mitinqdə ölkənin qanunverici orqanı olan Ali Sovet deputatlarından prezident seçkiləri ilə bağlı yaş fərqi ilə əlaqədar qəbul edilmiş qərarın dəyişdirilməsi reallaşarsa onların təşkilatlarının bir siyasi qüvvə kimi hakimiyyətə gəlməsi qeyri mümkün olacaq. Mitinqlərin ardıcıl davam etdiyi sonrakı günlərdə isə Heydər Əliyev tərəfdarları tərəfindən Ali Sovetin inzibati binasının önündə təşkil edilmiş mitinqin əzəmətli keçməsindən təşvişə düşən siyasi təşkilatların və siyasi partiyaların rəhbərləri öz təşkilatlarının üzvlərinə müraciət edərək onlardan Heydər Əliyev tərəfdarları tərəfindən təşkil edilmiş mitinqlərdə iştirak etməməyi tələb edirdilər. Doğrudan da siyasi təşkilat və siyasi partiyaların rəhbərlərinin mitinqdə iştirak etməmək barəsində öz silahdaşlarına müraciətdən sonra mitinqlərdə iştirak edən insanların sayı günbəgün azalmağa başlamışdı. Əhalininin mitinqlərə gəlmə sayının azalmasını hiss edən mitinq təşkilatçıları gündəlik mitinq təşkilatçılığından oturaq mitinq taktikasına keçmişdilər. Ölkənin qanunverici orqanı olan Ali Sovetin inzibati binasının önündə mitinq təşkilatçıları tərəfindən çadırlar qurulmuşdu. Ölkə rəhbərliyinə də deyəsən elə bu lazım idi. Onların düşündükləri incə taktiki plan öz bəhrəsini vermək üzrə idi. Heydər Əliyev tərəfdarları tərəfindən təşkil edilmiş mitinqlərin gedişatından bir həftə keçəndən sonra Azərbaycan Respublikasının keçmiş prezidenti Ayaz Mütəllibovun tərəfdarları başda Hacı Əbdül olmaqla Ali Sovetin inzibati binasının qarşısına toplaşıb, Heydər Əliyev tərəfdarlarının oturaq mitinq təşkil etdikləri çadırlarla yanaşı Ayaz Mütəllimovun qanunsuz olaraq vaxtından əvvəl ölkə prezidenti postundan kənarlaşdırılmasını əldə bayraq tutaraq mitinq təşkil etmişdilər. Keçmiş mitinq iştirakçıları Hacı Əbdül tərəfindən dövlətin dəstəyi ilə təşkil edilmiş mitinqin yeni iştirakçıları ilə aralarındaxa0 münaqişə baş verməsin deyə Ali Sovetin inzibati binasının önündə qurduqları çadırları yığışdıraraq çıxıb getmişdilər. Onların yerini özlərini Ayaz Mütəllibovun tərəfdarları kimi qələmə verən Hacı Əbdülün dəstəsi tutmuşdu. Hacı Əbdül tərəfindən təşkil edilmiş mitinqdə Heydər Əliyev tərəfdarları tərəfindən təşkil edilmiş mitinqə nisbətən az adam iştirak edirdi. Mitinqin aparıcılığı da kortəbi idi. Mitinqlərdə çıxış edən aratorlarınxa0 bir-iki nəfərini çıxmaq şərti iləxa0 qalanlarının siyasi çəkiləri çox aşağı səviyyədə idi. Heydər Əliyev tərəfdarlarına nisbətən Ayaz Mütəllibovun tərəfdarlarının siyasi dayağı yox idi. Bütün Azərbaycan Respublikasının əhalisinə bəlli idi ki, Azərbaycan Respublikasının mərkəzi olan Bakı şəhərində və ona bitişik kənd və qəsəbələrdə əksəriyyəti çoxluq təşkil edən əslən Şamaxılı olan əhali yaşayır və bu əhalinin içərisindən çıxan ziyalılar Bakı şəhərində üstünlükxa0 təşkil edirdi. Şamaxı torpağı bəşər tarixində dünyaya çox böyük dahi insanlar bəxş etmişdi. Tarixən ölkənin mərkəzi olan Azərbaycanın Şirvan bölgəsində, o cümlədən Bakılılarla Şamaxılılar arsında başqa bölgələrə qarşı regionçuluq prinsipi heç vaxtı olmamışdı. Azərbaycan bütöv bir məmləkət, mərkəzi də Bakı şəhəri idi. Qəlblərininxa0 dərinliyində isə acılı Təbriz dərdi var idi.xa0
xa0 xa0
Ayaz Mütəllibov tərəfdarları tərəfindən ölkənin qanunverici orqanı olan Ali Sovetin inzibati binasının önündə təşkil edilən mitinqlərə əhalinin az gəldiyini hiss edən mitinq aparıcıları Ayaz Mütəllibovun əslən Şamaxılı olduğunu nəzərə alaraq, Bakı və Bakı ətrafı kənd və qəsəbələrdə yaşayan Şamaxılılarxa0 faktordan istifadə etməyə başlamışdılar. Onlar təşkil edilmiş mitinqin tribunalarından yerli Bakılılara və Şamaxılılara müraciətlər edir, onları mitinqlərə gəlməyə səsləyirdilər. Yerlipərəstlik etirazı cuşa gələn bir iki yoldan ötən Şamaxılı da maraq çərçivəsində başqaları kimi mitinq təşkil edilən yerə gedib, mitinq aparıcılarının yanına qalxıb düşünülməmiş çıxışlar edirdilər.
xa0 xa0xa0
Ayaz Mütəllibovun əleyhdarları Ali Sovetin önündə Hacı Əbdül tərəfindən təşkil edilən mitinqi Şamaxılıların mitinqi kimi əllərində olan müxalifət yönlü qəzetlər vasitəsi ilə qələmə verir, Ermənistandan zor gücünə qovulan qaçqın əhalini qızışdırırdılar. Xüsusən ölkə əhalisi arasında o zamankı vaxtlardaxa0 gündəlik çıxan "Aydınlıq" qəzetinin səhifələrində belə hallara tez-tezxa0 rast gəlinirdi. Bununla da əslən qərbi Azərbaycandan olan siyasi liderlər, qaçqınlıq həyatı yaşayan əksər çoxluq təşkil edən qərbi Azərbaycanlılar arasında öz siyasi proqramlarını həyata keçirməkxa0 üçün siyasi dayaq axtarırdılar. Ayaz Mütəllibovun tərəfdarları tərəfindən Hacı Əbdülün rəhbərliyi altında ölkənin qanunvericixa0 orqanı olan Ali Sovetin önündə təşkil edilən mitinqin Şamaxılıların mitinqi adlandırılması sonrakı hakimiyyət dəyişikliyi dövründə iqtidar hakimiyyət üzvləri tərəfindən Şamaxı ziyalılarına vurulan mənəvi zərbəni heç 1902-ci ildə Şamaxıda baş verən təbii zəlzələ də vurmamışdı. Halbuki bu adamların əksəriyyətinin heç bir vaxtı Ayaz Mütəllibovun rəhbərlik etdiyi hakimiyyət üzvləri ilə əlaqəsi olmamışdı. Bir vaxtlar hətta Ayaz Mütəllibov respublika televiziyası ilə çıxışında aparıcının verdiyi suala cavab olaraq canlı efirdə əslən Şamaxılı olduğunu bildirməmiş, Bakılı olduğunu bəyan etmişdi. Əslində o zaman Ayaz Mütəllbovun haralı olması o qədər də siyasi əhəmiyyət kəsb etmirdi.xa0
xa0 xa0
Ayaz Mütəllibov tərəfdarları tərəfindən tələb olunan Xocalı faciəsininxa0 araşdırılması məsələsi Ali Sovetin iclasının gündəliyinə salınıb, deputatlardan ibarət bu işi araşdıran istintaq komissiyası təşkil edilmişdi. Bizdə olan məlumata görə Xocalı faciəsi çox ciddi surətdə araşdırılırdı. Azərbaycan Respublikasının Müdafiə Nazirliyində Xalq Cəbhəsi təşkilatının fəal üzvü olan Fəhmin Hacıyev Xocalı hadisələrindən bir az öncə 1992-ci ilin yanvar ayının axırlarında Xalq Cəbhəsi təşkilatının ölkə rəhbərindən təkidli tələbi və təqdimatı əsasında məsul bir vəzifəyə - Müdafiə Nazirinin siyasi məsələlər üzrə müavini təyin edilmişdi. Müdafiə Nazirinin əmrinə əsasən Ağdam cəbhə bölgəsində yerləşən bütün silahlı dəstələr Fəhmin Hacıyevin göstərişlərini yerinə yetirməli idilər. Müdafiə Nazirliyinin baş qərargahı tərəfindən hazırlanmış döyüşxa0 planına əsasən Xocalı faciəsindən bir neçə gün öncə Əsgəran, Xankəndi istiqamətində Ağdamda yerləşən silahlı hərbi dəstələrimiz erməni hərbi birləşmələrinə qarşı hücum etməli idilər. Lakinxa0 bu bölgədə yerləşən Xalq Cəbhəsinin, o cümlədən özünümüdafə dəstələrinin komandirləri arasında yaranmış olan münaqişəxa0 Əsgərən istiqamətində hücum əməliyyatının yerinə yetirilməsinə imkan verməmişdi. Olkədə biri birinə qənim olan mətbuat Xocalı faciəsindən sonra Əsgərən istiqamətində hücumun alınmamasının bütün günahınıxa0 Xalq Cəbhəsi təşkilatının idarə heyətinin fəal üzvü olan Müdafiə Nazirinin siyasi sahə üzrə müavini Fəhmin Hacıyevin ayağına yazırdı. Ali Sovetin deputat istintaq qrupunun hazırladığı qərara əsasən Xocalı faciəsi ilə əlaqədar baş vermiş hadisənin gedişatında Ayaz Mütəllibovun günahı dövlət başçısı kimi sübut olunmurdı. Ali Sovetin deputatları tərəfindən təyin edilmiş istintaq komissiyasının çıxaracağı qərardan xəbəri olan ölkə daxili və ölkə xarici, o cümlədən Moskva rəhbərliyi Azərbaycanda bir neçə müxalifətyönlü siyasi xadimlərin varlığını görüb, Ayaz Mütəllimovu yenidən hakimiyyətə qaytarmaq üçün hərəkətə keçmişdilər. Ayaz Mütəllibov ilk günlər yenidən hakimiyyətə qayıtmaq istəmirdi. Bizdə olan məlumata görə Azərbaycanda olan 4-cü rus ordusunun komandanı general Popov Ayaz Mütəllibovla tez-tez onun bağ evində görüşürdü. Yaqub Məmmədovun müəyyən məqamlarda müxalifətin bəzi tələblərini yerinə yetirməsi, o cümlədən rus ordusunun Azərbaycan ərazisindən çıxardılmasına müsbət rəy verməsi Moskvanı qane etmirdi. Moskvada keçmişxa0 Sovet höküməti rəhbərliyində olan Rus dövlət rəhbərləriyinə bağlı qüvvələr Ayaz Mütəllibova təzyiq göstərərək ona xəbərdarlıq edirdi. Ayaz Mütəllibovla əlaqəsi olan şəxslərdən eşidirdik ki,xa0 Rus ordusunun generalı Popovun vasitəsi ilə ona təzyiqlər edilir. Ayaz Mütəllibova bildirirlər ki, yenidən hakimiyyətə qayıtmasa Xalq Cəbhəsi təşkilatı hakimiyyətə gəlib onu 20 yanvar 1990-cı il faciəsinə görə həbs etdirəcək.

2 may 1992-ci il tarixində Müstəqil Azərbaycan Respublikasına qardaş Türkiyə dövlətinin baş naziri Süleyman Dəmirəl rəsmi səfərə gəlmişdi. Ölkə başçısı Yaqub Məmmədov qardaş Türkiyə dövlətinin başçısını şəxsən Bina hava limanında yüksək ruh yüksəkliyi ilə qarşılasa da ölkə atributu olan Fəxri qarovul dəstəsini lazımı səviyyədə təşkil edə bilməmişdik. Türkiyə kimi nəhəng qardaş bir dövlətin dövlət başçısının ölkəmizin müstəqilik tarixində ilk dəfə rəsmi səfər etməsi böyükxa0 hadisə idi. Prezident Aparatında dolaşan söz - söhbətlərə görə, ölkə başçısı Yaqub Məmmədovla Türkiyənin baş naziri Süleyman Dəmrəl arasında qapalı keçirilən danışıqlar zamanı Qarabağ məsələsi ətrafındada fikir mübadiləsi aparılmışdı. Üstəlik, bu günlər ərafəsində Ali Sovetin sədri ölkə prezidentinin səlahiyyətlərini icra edən Yaqub müəllimin İrana xarici səfəri planlaşdırılırdı.

Ardı var...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin