Bakıda kişi sevgilisini bıçaqlayıb.
xa0
Moderator.az Lent.az-a istinadla verdiyi məlumata görə, hadisə ötən gün Suraxanı rayonu, Bülbülə qəsəbəsində qeydə alınıb.
xa0
Qəsəbə sakini 1978-ci il təvəllüdlüxa0 Firəngiz Abdullayeva onunla eyni evə qeyri-rəsmi ər-arvad münasibətində olduğuxa0 1987-ci il təvəllüdlü Rəşad Mirzəyev tərəfindən bıçaqlanıb.
xa0
Qadın xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.xa0
xa0
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
































































































