Mingəçevirdə 51 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırdı

Hazırda oxunan: Mingəçevirdə 51 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırdı

265943
Mingəçevirdə 51 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb. Hadisə şəhərin sağ sahil yaşayış sektorunda baş verib.

Şəhər sakini 1968-ci il təvəllüdlü Zakir Gülməmməd oğlu Süleymanov küçədə üzərinə benzin tökərək özünü yandırıb. Yalnız ətrafdakıların köməyi ilə alovlanan kişini söndürmək mümkün olub. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.
Hadisənin nədən qaynaqlandığı məlum deyil. Bununla belə, Z.Süleymanovun psixoloji problemləri olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.(ona.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin