Quba rayonunda ağır yol qəzası baş verib.
Quba-Qonaqkənd yolunun 1-ci kilometrliyində, rayonun Birinci Nügədi kəndi ərazisində "Mercedes" və "VAZ-21010" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “VAZ-21010”da olan şəxslərdən biri vəfat edib. Daha 3 nəfər isə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.(publika.az)






























































































