Ötən gecə Bakının Binəqədi rayonundakı yeni tikilən binalardan birində yanğın baş verib.xa0
Oxu.Az-ın hadisə yerində olan müxbirinin məlumatına görə, yanğın 8-ci mikrorayon, Nəriman Nərimanov küçəsi 30/78-də yerləşən 17 mərtəbəli binada qeydə alınıb.
FHN-dən bildiriblər ki, yanğın bir neçə saat ərzində lokallaşdırılıb. Ümumilikdə, alov binanın 200 kvadratmetr ərazisini əhatə edib.
***
Bakıda yeni tikilmiş hündür mərtəbəli binada yanğın baş verib.xa0
Oxu.Az xəbər verir ki, hadisə Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində olub.xa0
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları və Post-Patrul Xidmətinin əməkdaşları cəlb olunub.xa0
Yanğının söndürülməsi istiqamətində iş davam edir.xa0



































































































