Goranboyda ağır qəza: 1 ölü, 5 yaralı

Hazırda oxunan: Goranboyda ağır qəza: 1 ölü, 5 yaralı

243394
Goranboy rayonunda ağır yol qəzası baş verib.

DİN-dən verilən məlumata görə, hadisə oktyabrın 11-də saat 8 radələrində rayonun Aşağı Ağcakənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, Goranboy rayonunun Zeyvə kənd sakini Kamran Quliyevin idarə etdiyi “Niva” və Börü kənd sakini Şaiq Sadıqzadənin idarə etdiyi VAZ-21015 markalı avtomobillər toqquşub, K.Quliyev idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı boruya vurub. Nəticədə K.Quliyevin sərnişinlərindən Zakir Səmədov hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib.

Xocalı rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin