Dünən Hövsanda 5-ci sinif şagirdinin qaçırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar valideynlər arasında təşvişə səbəb olub.
Məlumatda qız uşağının 281 nömrəli tam orta məktəbin giriş qapısında dəmiryığanlar tərəfindən qaçırıldığı iddia olunub.xa0
Moderator.az xəbər verir ki, hadisə ilə bağlı Qafqazinfo sözügedən məktəblə əlaqə saxlayıb. Məktəbdən bildirilib ki, yayılmış informasiya tamamilə yanlışdır:
“Hansisa qeyri-ciddi sayt ve sosial şebeke istifadeçisi bele esassiz melumatlar yayib, çaşqinliq yaradir. Dünən nəinki bizim məktəbin qarşısında, ümumiyyətlə, Hövsanda belə bir hadisə baş verməyib. Yayılmış informasiya ilə bağlı aidiyyatı qurumlara məlumat vermişik”.



































































































