Avstraliya materikində bayraq böhranı: Ölkələr "ulduz davası"na çıxıb...

Hazırda oxunan: Avstraliya materikində bayraq böhranı: Ölkələr "ulduz davası"na çıxıb...

234293
Yeni Zelandiyada baş nazir vəzifəsini icra edən Vinston Peters Avstraliyanı Yeni Zelandiya bayrağının köçürülməsini dayandırmağı və özü üçün yeni bir bayraq tapmalı olduğunu deyib.

Moderator.az xəbər verir ki, Okeaniya ölkələri, Avstraliya və Yeni Zelandiya arasında bayraq böhranı yaşanır.xa0

Baş nazir vəzifəsini icra edən Vinston Peters verdiyi açıqlamada,xa0 Avstraliyaya Yeni Zelandiya bayrağını kopyalamağından əl çəkməyi və öz dizaynını fikirləşməyi barədə çağırış edib.xa0
Yerli TVNZ kanalına açıqlama verən Peters, "Uzun müddətdir bizə aid olan bayrağımız var idi, onun da dizaynı Avstraliya tərəfindən oğurlanıb. Onlar bayraqlarını dəyişməli və bu dizaynın ilk dəfə bizə məxsus olduğunu dillərinə gətirməlidirlər" deyib.
Avstraliya və Yeni Zelandiyanın bayraqları həqiqətən bir-birinə çox bənzəyir. İngilis bayrağına əsaslanan dizaynlar tünd göy zəmində hazırlanmışdır. Bayrağın sol yuxarı küncündə Birləşmiş Krallığın bayrağı, sağda isə Cənubi Xaç bürcləridir.
İki bayraq arasındakı fərqlər çox azdır. Yeni Zelandiyanın qırmızı ulduzlarından fərqli olaraq, Avstraliya bayrağı üzərindəki ulduzlar ağdır. Bayrağın dizaynında yer alan 7 ulduz ölkənin ərazilərini və əyalətlərini təmsil edir. Yeni Zelandiya bayrağı 1902-ci ildən bəri qəbul olunduğu halda, Avstraliya rəsmi olaraq 1954-cü ildə hazırki bayrağı istifadə etməyə başlayıb. Lakin bayrağın müxtəlif versiyaları 1901-ci ildən bəri istifadə olunur.

Doğuş edən qanuni Baş nazir Jacinda Ardernin əvəzinə fikir səsləndirən Peters, Yeni Zelandiya ilə Avstraliya arasındakı əlaqələrin gərgin olduğu qənaətinə gəlib. 17 yaşlı Yeni Zelandiyalı Avstraliyada həbs olunub yaşca böyük dustaqların arasında saxlanılması ilə iki ölkə arasındakı vəziyyətlər ağır duruma köklənib.xa0

Yeni Zelandiyada bayraq problemi yeni deyil. 2016-cı ildə ölkədə referendum keçirilib və yeni bayraq dizaynına səs verilib. Ancaq referendumun yüzdə 56,6-ı mövcud bayrağın saxlanılmasının lehinə səs verib.

Mehman Nəbiyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin