Əbülfəz Elçibəy: ”Görünür, mənim payıma həmişə uduzmaq düşüb...”

Hazırda oxunan: Əbülfəz Elçibəy: ”Görünür, mənim payıma həmişə uduzmaq düşüb...”

220409
26 il öncə bu günlərdə Azərbaycan öz taleyinin ən təlatümlü məqamlarını yaşayırdı. Xocalı kimi dəhşətli soyqırımından sonra ölkənin siyasi və hərbi meydanında xaotik proseslər gedirdi. Ancaq “xaosdan düzənə” pinsipi ilə dünyanı idarə etməyə çalışanlar işğalçı Ermənistan, terrorçu erməni təşkilatlarının və daxildəki hakimiyyət aşiqlərinin əli ilə prosesləri özlərinə sərf edən məcraya yönəldirdilər.xa0

Həmin günlər ölkənin siyasixa0 idarəçiliyi, demək olar ki, əsasən AXC və onun təsiri altında olan -1991-ci ilin payızında Ali Sovetdə yaradılmış Milli Şura, “demblok” vasitəsilə yönləndirilirdi.xa0 Bu qurumun iclaslarında elə maraqlı, həlledici məqamlar, çıxışlar var ki, onlar bu günkü proseslərdə də öz təsir gücünü hələ də qoruyub saxlayır...
1991-1992-ci illərdə Milli Şuranın parlamentdəki əksər iclaslarında iştirak etmişxa0 deputat Maksim Musayevin “Milli Şura (10.1991- 05.1992) parlamenti” kitabındakı xronika əsasında 1992-ci il martın 3-dənxa0 mayın 18-dək, yəni Laçının işğal olunduğu və AXC-nin hakimiyyətə tam yiyələndiyixa0 bir günədək Ali Sovetdə baş verənlərin ən maraqlı məqamlarını diqqətinizə çatdırırıq.

(Ali Sovetin 1992-ci il martın 24-25-də keçirilmiş fövqəladə sessiyası. Davamı. Xronikanın əvvəlki hissələri üçün bu linkə baxın: //www.moderator.az/news/220295.html)

Rəhim Qazıyev:”Bu gün respublikanın həyatı yenə qumara qoyulub...”

Öncə çıxış edən Cahangir Müslümzadəyə cavab qaytarmaq və hadisələrə qiymət vermək üçün deputat Rəhim Qazıyev sözünə belə başladı:”Çox rahat oturublar burada. Mən, təbii, deputat Müslümzadəyə onu demək istəməzdim. Amma deyərdim ki, millətin bu ağır günündə qapısında 3-4 xarici maşın saxlayıb, millətin taleyindən danışan adamlar görmüşük. Bu gün respublikanınxa0 həyatı, fəaliyyəti, işləri yenə qumara qoyulubdur. Mənim konkret sxemim var və mən əminəm ki,xa0 bundan da ağıllı sxemlər var...”xa0

Bir qrup deputatın xahişi ilə sessiya iclasına dəvət almış və vəziyyəti istədiyi məcraya yönəltmək arzusuyla Əbülfəz Əliyev(o zaman AXC sədri olan mərhum eks-prezident-S.L.) çıxış etdi. O dedi:
“Mən iclasda qonaq kimi iştirak edirəm. Hər halda mənim sözlərimxa0 təbii olaraq əsas deyil, hüququm yoxdur. Mən birinci istəməzdim, gileydən başlayım, ancaq belə oldu. Görünür, məni payıma həmişə uduzmaq düşüb. Mən bir şeydən çox təəssüflənirəm. Baş nazir Həsən Həsənov və Ali Sovetin sədri Xalq Cəbhəsinə müraciət etdi ki, koalisyon hökumətdə iştirak etmək üçün təkliflərinizi hazırlayın və gəlin.xa0 Biz deyiləni etdik, amma... Bu, mənim üçün çox təhqiramizdir. Mən Xalq Cəbhəsi qarşısında cavab verə bilməyəcəyəm və gördünüz ki, məni aldatdılar. Bu, mənim birinci aldanışımdır...xa0
Millətin qolu, ürəyi Qarabağdadırsa, beyni burdadır. Hər ikisi biri-birindən ayrı deyil... Kimsə deyir: hakimiyyət davası gedir, amma burada hakimiyyət davası getmir...

“Gərək əvvəldən güclü hakimiyyət qurasan...”

İndi prezident seçməyə tələsirsiniz, eybi yoxdur, seçin.xa0 3 aydan sonra seçəcəyiniz Prezidenti, bir ildən sonra yıxacaqsınız. Mən onu görürəm. Mümkün deyil.xa0 Bunun axı qaydası var, düsturu var. Prezident o ölkədə seçilir ki, onu əldə saxlaya bilsinlər, onuxa0 yıxılmağa da qoymasınlar. Xalq Cəbhəsi onu yıxmasın. Onu əldə saxlaya bilmək üçün əsaslar olmalıdır, boşluğun üstdə dayanmaq olmaz. Kim buna zəmanət verəcək? Qumbaraları kimlər atacaq, uşaqlar atacaq? Gərək əvvəldən güclü hakimiyyət yaradasan, tərksilahxa0 edəsən, evləri yoxlatdırasan və s.xa0
Başda cəbhəçi olmur, kim olursa-olsun, əgər başqa cəmiyyətdən olana qanunu pozduğu üçün bir il iş verilirsə, qoy Xalq Cəbhəsindən olana iki il versinlər. Rayondaxa0 icra başçıları Xalq Cəbhəsinin adından istifadə edirlərsə, daha ağır cəza almalıdırlar...

“Moskvanın DTK-sı Bakıda bir neçə mitinq təşkil edibdir, bizim heç xəbərimiz olmayıb...”

Burada oturanların çoxu bağışlasınlar bizi.xa0 O bayrağın üstündə azı 3-4 dəfə döyülmüşəm. Döyülmədən azadlıq almayacaqsan, azadlığı özün alırsan. Biz də həmin yolla gedirik. Amma Xocalı faciəsixa0 Moskva Dövlət Təhlükəsizlk Komitəsinin işidir. Bizim əlimizdə fakt var ki, Stepanakertdə (Xankəndi-S.L.) birinci tətili,xa0 birinci mitinqi Moskvanınxa0 Dövlət Təhlükəsizlik Komitəsinin müavini təşkil edib. Oradan başlanıbdır bu oyun. Yerevanda da onlar təşkil ediblər. Bakıda da bir-iki mitinqi onlar təşkil ediblər, bizim heç xəbərimiz olmayıb, biz də iştirak edib, nitq demişik. Bircə qorxusu var ki, Moskva kəşfiyyatının əli, yəqin ki, hələ buradan çəkilməyəcək. Yeltsindən soruşsan: Qarabağ hardadır? Deyəcək ki, Qarabağı heç tanımıram...”xa0

İsa Qəmbər: “Sabah Qarabağda növbəti məğlubiyyətə düçar olsaq, Rəhim Qazıyev buna cavab verməli olacaq...”

Onun ardınca tribunaya çıxan İsa Qəmbərov bunları dedi. Belə təsəvvür yaratmaqxa0 istəyənlərxa0 oldu ki,xa0 guya Azərbaycandaxa0 hakimiyyət yoxdur. Mən müəyyən mənadaxa0 deyilənlərlə razıyam. Prezidentxa0 xalqın təzyiqi ilə istefa verib. Onun səlahiyyətləri qanun üzrə Ali Sovetin sədrinə keçib. Baş nazirə koalisyon hökumət yaratmaqxa0 səlahiyyətixa0 verilməsi də səsə qoyulub, keçib.

Hamınız gözəl bilirsiniz ki, Alixa0 Sovetin sədrixa0 də, Baş nazir də Xalq Cəbhəsinə müraciət edərək koalisyon dövlətdə iştirak etməyə dəvət ediblər. Ali Sovetin sədri ilə əsasən strateji istiqamətdə, Baş nazirlə isə həm ümumi, həm də konkret məsələlər barədə danışıqlar olub. Hətta koalisyonxa0 hökumətin yaradılması haqqında Həsən Həsənov və Əbülfəz Elçibəy arasında razılaşma protokolu da imzalanıb. Orada elə bir ciddi mübarizə olmayıb. Nə Xalq Cəbhəsi həddən artıq acgözlük göstərib, nə də ki... Söhbət vəzifədən yox, Azərbaycanı böhranlıxa0 vəziyyətdən çıxartmaq üçün hakimiyyət strukturlarının düzgün qurulmasından getdiyi üçün siyasi şərtlər irəli sürmüşük. Əgər siz Prezident seçkiləri təyin etsəniz,xa0 Xalq Cəbhəsinin verdiyi namizəd qalib gələcək. Sabah, Allah eləməmiş, müharibə meydanlarında növbəti məğlubiyyətə düçar olsaq, Rəhimxa0 Qazıyev buna cavab verməli olacaq...”

(Maksim Musayev, “Milli Şura parlamenti”, Bakı, 2001. səh. 123-125)
(Davamı var)
Təqdim etdi: Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin