Britaniyada MÜSƏLMANLARA QARŞI SOYQIRIMA ÇAĞIRIŞ EDİLDİ! - Aprelin 3-də …

Hazırda oxunan: Britaniyada MÜSƏLMANLARA QARŞI SOYQIRIMA ÇAĞIRIŞ EDİLDİ! - Aprelin 3-də …

216812
Martın 10-11-də Böyük Britaniyanın London, Bredford, Lester, Kardif, Şeffildxa0 və s. şəhərlərinin sakinləri poçtla aprelin 3-də müsəlmanlara qarşı kütləvi hücum və qətliamlar həyata keçirməyə çağırış edilən məktublar alıb.xa0

Moderator.az bu haqdaxa0 ölkənin “The Guardian” nəşrinə istinadla xəbər verir. Naməlum şəxslər məktublarda xristian, yəhudi və digər dinlərdən olan yerli Britaniya sakinlərinixa0 “Müsəlmanlara Cəza Günü”ndə iştirak etməyə çağırırlar. Artıq bu haqda dünyanın digər aparıcı media vasitələri, o cümlədən “Əl-Cəzirə” telekanalı da məlumat yayıb.
Sözügedənxa0 çağırışda İslam tərəfdarlarına qarşı icra ediləcək şiddətli hərəkətlərin siyahısı və onların həyata keçirilməsinə görə əldə edilə biləcək ballar göstərilir. Məsələn,xa0 mömin qadınların hicablarının çıxardılmasına görə -25, müsəlman kişi və ya qadının öldürülməsinə görə 500, məscidləri partlatmağa görə isə 1000 bal nəzərdə tutulur. Məktubda hətta müqəddəs Məkkəni dəxa0 nüvə zərbəsi ilə partlatmağa çağırılır və buna görə 2500 bal vəd edilir. Xüsusilə,xa0 möminləri öldürmək, onların üzərinə yandırıcı turşu tökmək, həmçinin məscidlərə od vurmaq və partlatmağa çağırışlar edilir...
Müsəlmanlara qarşı birbaşa soyqırımı həyata keçirməyə çağıran məktublar müsəlmanlar, insan hüquqları təşkilatları və siyasətçilər arasında həyəcana səbəb olub. Bir çox təşkilat və siyasi xadimlər əhalini ayıq, təmkinli olmağa və belə təxrubatlara uymamağa çağırıb.

Polisin guya məktub müəlliflərini müəyyən etmək və cəzalandırmaq üçün təhqiqataxa0 başladığı bildirilir.

P.S. Sözsüz ki,xa0 xa0müsəlmanların qətlinə birbaşa çağırışlar Britaniyanın və ümumilikdə dünyanınxa0 super güclərinin xəbəri olmadan həyata keçirilmir. Bu, artıq əsrlər boyu İslama, o cümlədən türklərə qarşı sınanmış hiyləgər bir taktikadır... Üzdə səninlə dost olurlar, gündüzlər İslam “ağac”ını səninlə birlikdə sulayırlar, ona qulluq edən kimi görsənirlər. Amma gecələr gizlicə ağacımızın kökünü qazıyırlar...

Sultan Laçınxa0xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin