Tacikistan Prezidenti yanında Dövlət Qulluğu Agentliyixa0 Rudaki rayonunun Çoryakkoran qəsəbəsi administrasiyasının dini işlər üzrə mütəxəssisi Şokir Xoldorovun vəzifəsindən azadxa0 edilməsi üçün tədbirlər görür.xa0
Moderator.az “Azadlıq” radiostansiyasının Tacikistan redaksiyasına (“Ozodi”) istinadla xəbər verir ki, buna səbəbxa0 məmurun yerli məscidinxa0 ziyarətçilərini söyərək əsassız şəkildə məscidin bağlanmasını tələb etməsi olub. Ş.Xolqorovun vəzifəsindən azad edilməsinin vacibliyi onun “Dövlət qulluqçusunun davranış Kodeksi”ni pozmasıyla əsaslandırılıb. Artıq Rudaki rayonunun icra hakimiyyətinə bu haqda tövsiyə göndərilib.
Dövlət Qulluğu Agentliyindəki mənbədən “Ozodi” radiosuna verilən məlumatda bildirilir ki,xa0 2017-ci ilin oktyabrında internetdə Xoldorovun sözügedən məscidin həyətində zyarətçiləri ağır şəkildə təhqir edərək İslam məbədgahının bağlanmasını tələb etməsinin görüntüləndiyi video yayımlanıb.Məscidin guya qanunsuz fəaliyyət göstərdiyini iddia edən məmur təhqirlərə görə ona etiraz edən vətəndaşlara “gedin, hara şikayət edirsiz - edin, sizin hamınızın vəhhabi olduğunu elan edəcəm” deyəxa0 cavab verib. Həmin olaydan sonra Ş.Xoldorov müvafiq inzibati məcəlləyə uyğun olaraqxa0 cəmi 500 somoni(təxm. 95 AZN) cərimə edilərək postunda işləməkdə davam edib.xa0
Araşdırmalardan məlum olub ki, sözügedən məscid 2013-cü ildə əhalinin vəsaiti hesabına tikilib və tam qanuni şəkildə fəaliyyət göstərir.
Sultan Laçın
					































































































