Betonqarışdıran maşın motosikletin üzərinə aşdı - 3 yaralı

Hazırda oxunan: Betonqarışdıran maşın motosikletin üzərinə aşdı - 3 yaralı

207052
Ağsu rayonunda betonqarışdıran yük avtomobili motosikletin üzərinə aşıb, xəsarət alanlar var.

Moderator.azxa0 APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 11:00 radələrində Ağsu şəhərində qeydə alınıb.

Rayon sakini 1979-cu il təvəllüdlü Baxışov Coşqun Qənbər oğlu idarə etdiyi “90-CF-748”x9d dövlət nömrə nişanlı betonqarışdıran avtomobil ilə Ağsu şəhərində yeni bayraq meydanının inşası üçün əraziyə beton apararkən döngədə idarəetməni itirib və avtomobili yoldakı motosikletin üzərinə aşırıb. Hadisə zamanı motosikletin sürücü, 1986-cı il təvəllüdlü Musayev Samir Ağayar oğlu, sərnişinlər - Yenilik kənd sakinləri, 1995-ci il təvəllüdlü Pənahov Roman Sərkar oğlu və 1993-cü il təvəllüdlü Bəbirli Həbib Əşrəf oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin