Ağsu RİH-in icra nümayəndəsi və icra başçısının qardaşı oğlu qəzaya düşüblər - YENİLƏNİB

Hazırda oxunan: Ağsu RİH-in icra nümayəndəsi və icra başçısının qardaşı oğlu qəzaya düşüblər - YENİLƏNİB

198402
Şamaxıda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri Ağsu rayon İcra Hakimiyyəti başçısının qardaşı oğludur.
xa0
APA-nın yerli bürosunun xəbərinə görə, iki "Vaz" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar “VAZ 21015”x9din sürücüsü Cavid Novruzov, sərnişini, 1984-cü il təvəllüdlü Comərdov Vüsal Çingiz oğlu, “VAZ 2107”x9dnin sürücüsü Fərəc İsgəndərzadə və sərnişini, Ağsunun Pirhəsənli kənd sakini, Seyidəliyev Faqil Mirfazil oğludur. Onlar Şamaxı və Ağsu rayon Mərkəzi Xəstəxanalarına yerləşdiriliblər.
xa0
Qeyd edək ki, Fərəc İsgəndərzadə Ağsu rayon İcra Hakimiyyətinin Qaraqoyunlu kəndi üzrə icra nümayəndəsi, Faqil Seyidəliyev isə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qardaşı oğludur.xa0xa0
xa0
***

Şamaxı rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
xa0
APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 141-ci kilometrliyində, Şamaxının Şərədil kəndində Şamaxı sakini, 1988-ci il təvəllüdlü Novruzov Cavid Gülabbas oğlunun idarə etdiyi 90-KK-731 dövlət nömrə nişanlı “VAZ 21015”x9d markalı minik avtomobili qarşı tərəfdən gələn Ağsu sakini, İsgəndərzadə Fərəc Azad oğluna məxsus 10-NK-677 dövlət nömrə nişanlı “VAZ 2107”x9d markalı minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 21015”x9d in sürücüsü Cavid Novruzov və sərnişini, 1984-cü il təvəllüdlü Comərdov Vüsal Çingiz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin