Həkimləri şoka salan xəstə - Qan tərləyir...

Hazırda oxunan: Həkimləri şoka salan xəstə - Qan tərləyir...

196365
İtaliyada 21 yaşlı gənc qadın üz dərisi üzərində heç bir xəsarət və kəsik olmamasına baxmayaraq, ovucları və üzündə baş verən tər bənzəri qanaxma səbəbi ilə xəstəxanaya müraciət edib.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, adı açıqlanmayan gənc qadının qanayan bölgələrində heç bir yara və kəsik olmaması həkimləri çaşdırıb.

Gənc qadın isə qanın yuxu və ya fiziki fəaliyyət zamanı baş verdiyini ifadə edib. Həmçinin, ciddi stress yaşadığı zaman bu cür qan sızmaların 1 ilə 5 dəqiqə davam etdiyini və bu vəziyyətin 3 ildir davam etdiyini bildirib.
xa0
Həkimlər apardıqları testlər nəticəsində gənc qadına həddindən artıq stress vəziyyətində kapilyar damarların çatlayıb tər vəzilərinə qarışan “hematohidrosis”x9d adlı xəstəlik diaqnozunu qoyublar.
xa0
Kamran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin