“Maşın”x9d şounun iştirakçıları prodüser Vüsalə Kərimova ilə müğənni Günel Məhərrəmova mübahisə yaşayıb.
Günel Vüsaləni oyundan uzaqlaşdrmaq istədiyini deyib. Həmin ərəfədə layihə əməkdaşları telefon gətirərərk V. Kərimovanın oğlu ilə danışdırıb. Övladı ilə danışan Kərimova göz yaşı töküb. Bu zaman ifaçı etiraz edib və bildirib ki, onun çıxışı zamanı Kərimovaya nə səbəbə telefon gətirilib?xa0
Onun sözləri Vüsaləni özündən çıxarıb: “Mənim uşağımın sənə nə aidliyi var? Ay qız, sən kimsən? Mənim beynimi çöndərmə. Oğlumdan danışa bilməzsən. Onun məndən başqa heç kimi yoxdur”x9d.
G. Məhərrəmova ilə prodüserin mübahisəsi nəticəsində xalq artisti Arif Quliyevin səhhəti pisləşib. (Musavat.com)


































































































