Cahangir Əsgərovun qızına aid “Gazelli”x9ddə güclü yanğın

Hazırda oxunan: Cahangir Əsgərovun qızına aid “Gazelli”x9ddə güclü yanğın

192303
Xəzər rayonun Şüvəlan qəsəbəsində “Gazelli”x9d kosmetika zavodunda yanğın başlayıb.

Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, yanğın nəticəsində kimyəvi maddənin kəskin qoxusu ətrafa yayılıb. Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib.xa0

Nazirlikdən bildiriblər ki, yanğın söndürən maşınlar artıq hadisə yerində işləyirlər.xa0

"Qafqazinfo" xəbər verir ki, yerli kosmetika brendi "Azal" prezidenti Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovaya məxsusdur. O, Gazelli Azerbaijan kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonu ərazisində anbarda yanğın başlamışdır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

“Gazelli Group"un mətbuat katibi Yelena Siderenko “Qafqazinfo”x9dya açıqlamasında bildirib ki, təxminən 1 saat əvvəl zavodun həyətindəki anbarlardan birində qısqapanma baş verib: “Yanğının qarşısı tez bir zamanda alınıb. Nəticədə nə insanlara, nə də ki məhsullara ziyan dəyib. Mediada bu barədə yayılan məlumatlar yalandır. Qısaqapanma zavodun özündə deyil, anbarların birində baş verib. Panika yaratmamaq üçün bizimlə əlaqə saxlasınlar. O anbarda məhsullar yox, qablar saxlanılırdı. Hazırda yanğın söndürülüb, heç bir təhlükə yoxdur”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin