Bakıda qadını avtomobil vurdu

Hazırda oxunan: Bakıda qadını avtomobil vurdu

191955
Moderator.az Report-a istinadən xəbərinə görə, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, Ziya Bünyadov prospektində yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Sadıqova Lamiyə İdeal qızını minik avtomobili vurub. Nəticədə qadın ağır xəsarət alıb. O, hadisəni törədən sürücü tərəfindən xəstəxanaya yerləşdirilib.xa0

Həkimlər L.Sadıqovanın vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin