Cəlilabadda ər arvadını qəddarcasına qətlə yetirdi

Hazırda oxunan: Cəlilabadda ər arvadını qəddarcasına qətlə yetirdi

189577
Cəlilabadda ər arvadını dəmir alətlə qətlə yetirib.

“Report”x9dun Aran bürosu xəbər verir ki, hadisə şəhərin Vüqar Mürsəlov küçəsində qeydə alınıb. Belə ki, rayon sakini, 43 yaşlı İsmayıl Əliağa oğlu İsmayılov ailə münaqişəsi zəminində həyat yoldaşı Sevda İsmayılova ilə mübahisə edib. Daha sonra ər dəmir linglə həyat yoldaşının baş nahiyəsinə bir neçə zərbə endirib. Zərbənin təsirindən S.İsmayılova hüşünü itirib.

Yaralı Təcili yardım vastəsi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.xa0

İ.İsmayılov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin