Mingəçevir şəhərində bir neçə ay əvvəl həyat yoldaşını qətlə yetirmiş qatilin anası özünə qəsd edib.xa0
Moderator.az Report-a istinadən xəbər verir ki, hadisə Ş.İ.Xətai küçəsi 16, mənzil 35 ünvanında qeydə alınıb.xa0
Belə ki, həmin mənzildə yaşayan 1956-cı il təvəllüdlü Nailə Cabbar qızı Əzizova kəsici alətlə qol və boğaz nayihələrinə zərbələr vuraraq intihara cəhd edib. Yaralı xəstəxanaya çatdırılıb, ona ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, N.Əzizova bir neçə ay əvvəl həyat yoldaşı Güneli qətlə yetirmiş Kənan Əzizovun anasıdır. O, şəhərdə sələmçiliklə məşğul olan şəxs kimi tanınır.
Faktla bağlı araşdırma aparılır.

































































































