Hirkan Milli Parkında baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB

Hazırda oxunan: Hirkan Milli Parkında baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB

187324
Hirkan Milli Parkının yüksək dağlıq ərazisində baş vermiş yanğın lokallaşdırılıb. ETSN-dən APA-nın cənub börosuna verilən məlumata görə, yanğının tam söndürülməsi istiqamətində iş aparılır.

Əlavə məlumat veriləcək.xa0
xa0
***
xa0
Bu gün saat 13.00 radələrində Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.
xa0
Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir.
xa0
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
xa0
ETSN havaların çox isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, biçin zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin