Tovuz rayonunda döyülmə faktı qeydə alınıb.
Moderator.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Qandalar kənd sakini, 1942-ci il təvəllüdlü Orucova Xuraman Həsən qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.xa0
Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın kənddə özünə məxsus otlaq sahəsinin başqası tərəfindən biçildiyini görüb etiraz etdiyi üçün döyülüb.
xa0
Faktla bağlı araşdırma aparılır.

































































































