Gədəbəydə bazara heyvan aparan kənd sakinini maşın vurub.
xa0
APA-nın qərb bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Arıqdam kəndinə gedən yolda qeydə alınıb. Kənd sakini 1970-ci il təvəllüdlü İsgəndərov Cəmil Vəli oğlu bazara heyvan apararkən hərəkətdə olan “Qazel”x9d markalı avtomobil tərəfindən vurulub.
xa0
Müxtəlif dərəcəli bədən xəsarətləri alan C.İsgəndərov xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
xa0
xa0
Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.































































































