Moderator.az xəbər verir ki, Zərdab rayonunda xa0Qarabağ uğrunda döyüşlərdə canından keçmiş şəhid Müşfiq Hacıyevin ruhu təhqir olunub. Hadisə rayonun Bıçaqçı kəndində baş verib.xa0
Qeyd edək ki, Müşfiq Hacıyev 1992-ci ilin avqustunda Ağdərə rayonundakı xa0Qızılqaya yüksəkliyi uğrunda döyüşlərdə şəhid olub. Döyüş yoldaşlarının və komandirlərinin xahişini nəzərə alıb, oxuduğu Bıçaqçı kənd məktəbinə şəhidin adı verilib. Həmçinin, o vaxtlar “Şirvan”x9d kolxozunun maliyyə dəstəyi ilə məktəbin həyətində şəhidin abidəsi ucaldılıb. Abidənin açılışında rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
1996-cı ildə Prezident H. Əliyevin fərmanı ilə şəhid Müşfiq Hacıyev ölümündən sonra “Xidmətlərinə görə”x9d medalı ilə təltif edilib. 2000-ci ildə isə şəhidin döyüş yolundan bəhs edən “Şəhidlik zirvəsi”x9d kitabı nəşr olunub.xa0

Bütün bunlara baxmayaraq, Bıçaqçı kəndinin Rəsulov Eyvaz adlı sakini Respublika Prokurorluğuna ərizə yazaraq, şəhidə böhtan atıb və onun ruhunu təhqir edib. Bu barədə redaksiymıza telefon açan şəhidin qardaşı Bəxtiyar Hacıyev məlumat verib.xa0
B. Hacıyev bildirir ki, prokurorluğa yazılan ərizə şər-böhtan və təhqirlə doludur. Belə ki, ərizəçi qeyd edib ki, guya Müşfiq Hacıyev şəhid olmayıb. Məktəbin həyətindəki abidə guya erməni Şaumyanındır və biz onu haradansa tapıb gətirib bura qoymuşuq.xa0
Fakt isə odur ki, həmin abidənin hazırlanmasını “Şirvan”x9d kolxozu Mingəçevir şəhərində fəaliyyət göstərən Böyükkişi adlı heykəltaraşa sifariş etmişdi və abidənin açılışında həm heykəltaraş, həm rayon rəhbərliyi, həm də şəhidin döyüş yoldaşları iştirak ediblər.xa0

Bəxtiyar Hacıyev əməkdaşımıza onu da bidirdi ki, xa0prokurorluğa ünvanlanmış böhtan dolu ərizə yoxlanılması üçün Zərdab Rayon İcra Hakimiyyətinə göndərilib. İcra Hakimiyyətində isə ərizədə yazılanların əsassız olduğu qeyd olunub.xa0
Bundan sonra şəhidin atası Zabit Hacıyev məhkəməyə müraciət edərək, şəhidin ruhunu təhqir etdiyinə və ailəsinin şərəf və ləyaqətini alçaltmağa çalışdığına görə Rəsulov Eyvaz Əsabəli oğlu barədə iddia qaldırıb.

İddia ilə əlaqədar Zərdab Rayon Məhkəməsində hazırlıq iclası keçirilib və xa0iyunun 30-na işə baxış iclası təyin edilib. Məhkəmədə şahid kimi şəhidin döyüş yoldaşları da iştirak edəcəklər.
Paşa Yaqub






























































































