xa0
Moderator.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin rəisi, General Sergey Rudskoy Suriyada vətəndaş müharibəsinin sona çatdığını elan edib.xa0
Moskvada plandankənar "təcili" anonsu ilə mətbuat konfransı təşkil edən Rudsko, "4 May 2017 tarixində Rusiya, Türkiyə və İranın iştirakı ilə imzalanan Suriyada münaqişəsiz bölgələr planı bəhrəsini verdi. Suriyaının böyük hissəsində müharibə dayandı. Buna görə də Suriyada vətəndaş müharibəsinin sona çatdığını elan edə bilərik" deyib.
Moskvadakı müşahidəçilər general Rudskoyun "Suriyadakı daxili müharibə bitmişdir" açıqlamasının ABŞ və müttəfiqlərinə "Müstəqil və suveren Suriya dövləti öz torpaqlarına nəzarət edə biləcək vəziyyətə gəlib" mesajı verdiyini xatırladıb.xa0
Zəhra































































































