14 yaşlı yeniyetmə oğlan xa0özü-özünü sünnət etdi.xa0
Moderator.az Rusiya mediasına istinadla yazır ki, gözlənilməz olay ölkənin Tver vilayətində baş verib. Bu barədə Komi respublikasının paytaxtı Sıktıvkar şəhərində “Müasir Rusiyada radikal islamizm problemləri, onun əsas cərəyanları və cəlbetmə üsulları”x9d mövzusundakı seminarda çıxış edən Moskva Patriarxlığı nəzdindəki Dinlərin Coğrafiyası mərkəzinin direktoru Roman Silantyev danışıb.xa0

İlahiyyatçının sözlərinə görə, tverli yeniyetmə internet və sosial şəbəkələr vasitəsilə terrorçu qruplaşma tərəfindən ələ alındıqdan sonra İslamı (?) qəbul edib. Bundan sonra isə özü-özünü balta ilə sünnət edən 14 yaşlı oğlan ona verilən təlimata uyğun olaraq əldəqayırma partlayıcı düzəldib.xa0
R.Silantyev kimliyni gizli saxladığı yeniyetmənin yoxsul ailədən olduğunu da vurğulayıb.xa0

Sultan Laçın

































































































