Liftlərimiz ona görə qırılır ki... - Allahın ipindən yapışmırıq...

Hazırda oxunan: Liftlərimiz ona görə qırılır ki... - Allahın ipindən yapışmırıq...

176902
...Dünən yenə Bakıda lift qırılması ilə bağlı dəhşətli bir xəbər aldıq: gəlini şadlıq evinə aparmağa gələn bəyin iki yaxını ilə birgə həlak olduğu bildirilirdi. Allaha şükür ki, sonradan xəbər dəqiqləşdirildi və məlum oldu ki, həlak olan yoxdur, bəyin də həyatı xilas edilib. Amma bəydən əlavə, 10 nəfərin də liftdə qalaraq xəsarət aldığı bilindi...xa0

Son illər Azərbaycan paytaxtında lift qəzaları və bu qəzalarda həlak olan və yaralananların sayı getdikcə artmaqdadır. Liftlərimiz niyə qırılır? Əksəriyyəti sovet dövründən qalma köhnə binalar, istismar müddətini bitirmiş liftlər... Təmir üçün müvafiq məmurların öhdəsinə buraxılan və “yeyilən”x9d milyonlar... Elə yeni tikilmiş binaların liftlərində də kifayət qədər problemlər olur...xa0
Bunların günahı yalnız hökumət, paytaxt rəhbərlərində və məmurlarındadırmı? Gəlin etiraf edək, elə sovet dövründən bəri “yeyib-dağıtmaq”x9d psixologiyası əksəriyyətimizin düşüncə tərzinə hakim olub; hər kəs özü və ya övladı üçün bir “yağlı”x9d vəzifə əldə etmək və həmin postda mümkün qədər “yeyib-dağıtmağa”x9d çalışır. Heç kəs də biri-birini belə düşüncələrdə qınamır. xa0Əksəriyyət əl çalır ki, vəzifədəkinin yediyindən ona da sür-sümük çatsın. Bu minvalla Allahımızı unudub, onun ipindən yox, Şeytanın ipindən yapışaraq Yaradana bağlı ipimizi gəmiririk. Gəmirilən kəndir də əvvəl-axır qırılmalıdır... Odur ki, sonumuz uçuruma gedir... xa0Və o uçurumu öncədən görmürük. Amma vəziyyətdən, rüşvətxorluqdan, işsizlikdən, bahalıqdan xa0şikayət edirik. Halbuki, Şeytanın ipindən yapışmaqla xa0neftimizin “qaymağı”x9dnı, binalarımızın sementlərini, liftlərimizin troslarını, metrolarımızın kabellərini, yollarımızın asfaltlarını, xəstəxanalarımızın pulsuz(?) aparat və dərmanlarını xa0“yeyib-dağıdaraq”x9d övladlarına yarım milyonluq toy edən o şəxsi ətləri, o nəfs tuluqlarını özümüz dartıb başımıza çıxartmışıq. Onlar da özləri ilə bərabər bizləri də günahlarına şərik edib Cəhənnəmə aparmağa çalışırlar...
Gəlin iki dəqiqə vaxtımızı Allahın Qurani-Kərimdə buyurduğu kəlamlara sərf edək xa0ki, bəlkə bundan sonra Şeytanla dost olmaqdan əl çəkib Onun ipindən(dinindən) yapışmağa çalışaq:xa0

“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!(Ali İmran surəsi, 103-cü ayə).xa0
“Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur”x9d(Əl-Bəqərə, 256).xa0
“Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir! Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı ürcah edərik və onun (Şeytanın) yaxın dostu olar”x9d(Zuxruf, 36)...

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin