Fevralın 5-də youtube-da İŞİD terrorçusunun Azərbaycan auditoriyasına ünvanlanmış video-müraciəti yayılmışdı. Öz video-müraciətində terrorçu Azərbaycanda teraktlar və xarici turistlərin öldürüləcəkləri təhdidi ilə çıxış edirdi.
Terrorçu, Üsamə bin Ladeni yamsılayaraq, divarın yanına qoyulmuş iki “Kalaşnikov”x9d avtomatının fonunda bütün Azərbaycan xalqını hədələyirdi.
Ancaq bir neçə saat əvvəl “feysbuk”x9d sosial şəbəkəsində bu terrorçunun cəsədinin şəkli yayılıb. Çıxışın və bu terrorçunun məhv edilməsinin dəqiq tarixləri məlum deyil. Tamamilə mümkündür ki, öz video-müraciətini o, sosial şəbəkələrdə yerləşdirdiyi tarixdən xeyli əvvəl hazırlayıb və bundan sonra Suriyada məhv edilib.(Virtualaz.org)
































































































