Daha bir Hollivud ulduzunun ermənilərə yardım etməsi haqqında xəbərlər yayılıb.xa0
Moderator.az bu haqda erməni mediasına istinadla yazır. Məşhur “Titanik”x9d filmində xa0baş qəhrəmanlarından birini oynamış "Oskar" mükafatçısı Leonardo Di Kaprio “Ermənistan uşaqları”x9d fonduna (COAF) 10 minlərlə dollar ianə yatırıb. xa0

Fondun Facebook səhifəsində yazıldığına görə, dünya şöhrətli aktyor Nyu-Yorkda keçirilən növbəti xeyriyyə sərgisində tanınmış rəssam Co Bredlinin rəsm əsərinə 65 min dollar pul ödəyib. Tədbirdə fond ümumilikdə 3,1 milyon dollar vəsait toplayıb. Xəbərdə xa0bundan əvvəl digər Hollivud ulduzu Tom Xenksin də erməni fonduna yardım etdiyi xatırladılır.
Sultan Laçın



























































































