Salyanda zəncirvari qəza: 4 nəfər yaralandı

Hazırda oxunan: Salyanda zəncirvari qəza: 4 nəfər yaralandı

160020
Salyanda ağır yol qəzası baş verib.

“Report”x9d xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 50-ci km-də, Çuxanlı kəndi ərazisində qeydə alınıb.

Qəza "Mercedes", "VAZ" və "Niva" markalı maşınların toqquşması nəticəsində baş verib. Nəticədə "Niva"nın sürücüsü, 40 yaşlı Salyan şəhər sakini Seyfəddin Aləttin oğlu Zeynalov, 61 yaşlı Şirvan şəhər sakini Əliabbas Lazım oğlu Məmmədov, Salyan şəhər sakinləri - 49 yaşlı Əfqan Murad oğlu Səfərov və 57 yaşlı Şəmsi Əlsahib oğlu Dadaşov müxtəlif dərəcəli bədən xasarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Yaralılardan üçü Travmatologiya şöbəsinə yerləşdirilib, "Niva"nın sürücü isə ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin