"Səbail" klubu həndbol hesabı ilə qalib gəldi - VİDEO

Hazırda oxunan: "Səbail" klubu həndbol hesabı ilə qalib gəldi - VİDEO

159829
Azərbaycan I Divizionunda çıxış edən "Səbail" klubu futbolda nadir hallarda rast gəlinən hesabla qələbə qazanıb.xa0
"Report"un məlumatına görə, bu, XIII turda "Bakılı" ilə ev oyununa təsadüf edib.xa0

Paytaxt komandalarının görüşündə qapılara 14 top vurulub. "Sabail"in 11:3 hesabı ilə qalib gəldiyi qarşılaşmada baş məşqçi Elman Sultanovun rəhbərlik etdiyi komandanın oyunçularından Bayram Budaqov "poker", Ramazan Abbasov "dubl" edib, digər qolları Orxan Səfiyaroğlu, Anar Babayev, Bəxtiyar Məsiməliyev, Təyyar Məmmədov, və Elvin Adışirinli vurub. Bununla da "Səbail" ilk dövrəni 25 xalla 4-cü pillədə tamamlayıb.

Qeyd edək ki, XIII turun bu gün keçiriləcək daha 4 oyunundan sonra I Divizionda qış fasiləsi yaranacaq. Növbəti tura 2017-ci ilin fevralın 1-də start veriləcək.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin