"Mətbuat vasitəsi ilə daxili işlər nazirindən xahiş edirəm ki..."

Hazırda oxunan: "Mətbuat vasitəsi ilə daxili işlər nazirindən xahiş edirəm ki..."

156535
Balakən rayonu Hənifə kənd sakini Muradov Elxan Abdusalam oğlu tərəfindənxa0

xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 ŞİKAYƏTxa0

9 ay əvvəl Balakən rayonunda mədəniyyət evinin arxasında "Türk Kafesi" adlanan restoranı icarəyə götürüb işlədirdim. 24 oktyabr 2016-cı il tarixdə gecə saatlarında restorana naməlum şəxslər daxil olub kassadakı pulları, şəxsiyət vəsiqəmi və vöenimi oğurlayıblar.xa0

Bu barədə Balakən Rayon Polis Şöbəsinə şikayət etsəm də heç bir tədbir görmək istəmirlər. Əsasən belə oğurluq cinayəti barədə məlumat verən kimi polis dərhal hadisə yerinə gəlib isti-isti izlər götürür, digər zəruri əməliyyat tədbiri keçirir. Ancaq bir neçə gün keçməsinə baxmayaraq Balakən Rayon Polis Şöbəsindən bir səs çıxmır. Zəng edib soruşanda deyirlər ki, səbrli olun, baxılacaq. Başa düşə bilmirəm oğurluq cinayətinin izi itəndən sonra bunlar nəyə baxacaqlar?xa0

Mən mətbuat vasitəsi ilə daxili işlər naziri cənab Ramil Usubovdan xahiş edirəm ki, icarəyə götürdüyüm restoranda baş vermiş oğurluq hadisəsinin üstünü ört-basdır etmək istəyən Balakən RPŞ-nin rəhbərliyi barədə tədbir görsün və baş vermiş oğurluq cinayətinin üstünün açılması üçün müvafiq tapşırıqlar versin.

Əlaqə telefonu; 070 587-56-77
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin