Boğulan körpə dirildi - Məsuliyyətsizlik az qala faciə ilə nəticələnəcəkdi...

Hazırda oxunan: Boğulan körpə dirildi - Məsuliyyətsizlik az qala faciə ilə nəticələnəcəkdi...

147082
Cəlilabad rayon Oğrubulaq kəndində qeyri ”“ hadisə baş verib. Belə ki, bir yaş yarımlıq uşağı boğazından kəndirlə çarpayıya bağlayan ana həyətdə işlərini görməyə gedib. Çarpayıdan dartınan bir yaş yarımlıq körpə Kərimov Səyyad Taleh oğlu kəndirin sıxılması nəticəsində təxminən 40 dəqiqə boğulmuş vəziyyətdə qalıb. Evə gələn ana uşağı görən kimi tez qonşuların köməkliyi ilə körpəni Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırıb. Həkimlərin səyi nəticəsində azyaşlını həyata qaytarmaq mümkün olub.xa0


Xəstəxanadan Moderator.az -a verilən məlumata xa0görə Taleh Kərimov ailənin ilk övladıdır. Neçə illərdir ki, övladı olmayan ailə az qalıb ki, səhlənkarlıq ucbatından Allahın onlara verdiyi övlad payının ölümünə səbəb olacaqmış. xa0

Vasif Əlihüseynxa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin