Keçmiş boksçu ayını döydü - Fotolar

Hazırda oxunan: Keçmiş boksçu ayını döydü - Fotolar

143657

Moderator.az xəbər verir ki, itini gəzdirərkən 145 kq-lıq vəhşi heyvanın hücumuna məruz qalan keçmiş boksçu bir neçə yumruqla ayını özündən uzaqlaşdırıb və ciddi bir yara almadan xilas olub.


61 yaşlı boksçu Rick Nelson Kanadanın Ontario əyalətində itini gəzdirərkən kolluqların arasında bir bala ayı balası çıxdığını görüb. Bala ayının ardınca ana ayı kolluqdan çıxaraq boksçuya hücum edib. Keçmiş boksçu döyüş qabiliyyətləri sayəsində ayının hücumuna yumruqları ilə qarşılıq verib. Rick Nelson ayının hücumunda sadəcə sinəsində və üzündə kiçik sıyrıntılarla xilas ola bilib. Ana ayının isə Nelsonun zərbələrindən burnu qanayıb.


Kanada mətbuatına bu barədə danışan Nelson "Ay uzaqlaşdıqdan sonra arxaya döndüm və heç nə olmamış kimi yoluma davam edib, bala ayını təqib etdim. Həqiqətən şanslıyam" deyib.


Nelson, həmçinin ana ayla dava etmək məcburiyyətində qalmış olmasına baxmayaraq, insanların aylardan qorxmasını istəmədiyini bildirib.


Hadisənin üzərinə Kanada Meşə Nazirliyi bu kimi ay hadisələrə nadir hallarda təsadüf edildiyini bildirib. Ontario əyalət rəhbərliyi isə ayıların adətən insanlara yaxınlaşmaqdan çəkindiyini bildirib.




Zəhra

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin