Cəlilabadda 1 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.xa0Hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 125 -ci km-də qeydə alınıb.
Cəlilabad rayon Musalı kənd sakini Zaur Babayev “Vaz-21015”x9d markalı avtomobili ilə Bakı istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn Bakı şəhər sakini Xanağa Nəzərovun idarə etdiyi avtomobillə toqquşub. Nəticədə “Vaz-21015”x9d markalı avtomobildə olan sərnişin Fariz Rəsulov hadisə yerində dünyasını dəyişib.xa0
Hər iki avtomobilin sürücüləri və sərnişinlər Məhəmməd Məmmədov, Dilbər Əbilova və Telman Əbilov yaralı halda Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.xa0Elman Əbilovun qolu sınıb, həyat yoldaşı Dilbər Əbilova isə qol, ayaq və bədənin müxtəlif hissələrindən xəsarət alıb.xa0Hazırda T.Əbilov və D.Əbilova Bakıya xəstəxanaya gətirilirlər.
Qeyd edək ki, T. Əbilov Azərbaycanın hərbi ekspertidir. O, ehtiyatda olan ədliyyə mayorudur.xa0
Xatırladaq ki, T.Əbilov və D.Əbilova "Qafqazinfo" portalının redaktoru Günel Əbilovanın valideynləridir.xa0
































































































