Qarabağda mason lojası açıldı? - GÖZLƏNİLMƏZ...

Hazırda oxunan: Qarabağda mason lojası açıldı? - GÖZLƏNİLMƏZ...

143574

KİV-dəki son məlumatlardan bəlli olduğu kimi, ötən ayın sonunda Bakıda  guya masonların məxfi toplantısını keçirmiş “Rusiya Böyük Mason Lojası”x9dnın ustadı Andrey Boqdanov 2015-ci ilin iyulunda Azərbaycan tərəfinə müraciət etmədən işğal altındakı torpaqlarımıza da səfər etmişdi. Azərbaycan jurnalistlərinin suallarına cavabında  Xankəndinə getməkdə məqsədinin yalnız həyat yoldaşının 1976-cı ildən bəri heç bir qohumunun  baş çəkmədiyi babasının məzarını ziyarət etmək olduğunu buldirmiş A.Boqdanov orada heç bir rəsmi  görüş və toplantı keçirmədiyini də vurğulamışdı...

Moderator.az bu istiqamətdə araşdırma apararaq maraqlı məlumatlar əldə edib.

Mason lideri adi turist kimi Xocavənddə də olub...

İyulun 3-də  Dağlıq Qarabağdakı qondarma  və separatçı “DQR”x9d rejiminə qarşı qatı müxalif mövqeyi ilə seçilən və buna görə həbc və təqiblərə məruz qalan, qəzetinin çapı dayandırılan “Tretya sila plyus”x9d(“Üçüncü qüvvə plyus”x9d) qəzetinin baş redaktoru Vaqram Ağacanyan beynəlxalq xəbər agentliklərindən birində dərc etdiyi məqaləsində  Andrey Boqdanovun Qarabağ səfərinin gerçək mahiyyətini açmağa çalışıb. O, araşdırmalarından belə nəticəyə gəlib ki, Rusiya mason liderinin Xankəndinə səfərdə əsl məqsədi Qarabağda mason lojasının əsasını qoymaq olub. Jurnalist əvvəlcə ona hiddətlənir ki,  Qarabağ erməniləri ustad masonun  səfərindən yalnız Azərbaycan jurnalistlərinin yazılarından sonra xəbər tutublar. V.Ağacanyana məlum olub ki, baş rus masonu heç kəsdən gizlənmədən Xankəndi ilə yanaşı,  Xocavəndin də görməli yerlərini gəzib. Erməni kilsələrini ziyarət edib. Bir sözlə, özünü adi turist kimi aparıb.

Cənab Boqdanovun xanımı özü niyə babasının məzarını ziyarətə gəlməyib?

Erməni jurnalist Rusiya mason liderinin səfərindəki maraqlı  məqamlara toxunur:

”x9dSadəcə, tam aydın deyil; nəyə görə Rusiya masonlarının liderinin xanımı İrina Boqdanovanın(çox güman ki, əslən Qarabağ ermənisidir-S.L.) özü  babasının məzarını ziyarət etmək istəməyib və yalnız ərini ezam etdirib?..

Ən maraqlısı isə cənab Boqdanovun Xankəndində Valleks Qarden hotelində qalmasıdır.  Həmin mehmanxana Rusiya-“erməni”x9d(müəllif yəqin qəsdən, istehza ilə bu sözü dırnaq içində yazır-S.L.) təşkilatı tərəfindən tikilib. Və ziyalı dili ilə  desək, artıq uzun illərdir ki, bu təşkilat qarabağlıların canını onların zəngin qızıl ehtiyatlarından qurtarır...”x9d

Rusiya masonlarının başçısı Xankəndində  biznesmen (?) Q.Sterliqovla eyni hoteldə qalıb?

V.Ağacanyan onu da vurğulayır, guya tam təsadüfən həmin günlər Rusiya mason ustadının dayandığı eyni hoteldə Qarabağ ermənilərinin məşhur qonağı, məlum rus biznesmeni(?) Qerman Sterliqov da qonaq olub. Amma yenə də təsadüfən    eyni mehmanxanada qala-qala biri-birini görməyiblər...

Qarabağda mason rəmzli mehmanxana var imiş...

Bundan sonra erməni redaktor adı çəkilən hotelin üzərindəki mason rəmzlərini təsvir edir:  “Binanın fasadında  əsas mason simvollarından biri olan Nursaçan Deltanı görmək olar. Bu işərisində Hər şeyi Görən Gözün işarəsi olan üçbucaqdan ibarətdir.  Mehmanxananın girişində  Yahin və Boaz adlı qədim bütləri əks etdirən iki  sütun var. Bu sütunlar Yerusəlimdəki Süleyman məbədində olmuş iki sütunun analoqudur...”x9d

Həm Rusiya, həm Ermənistan mason lojalarını Fransa lojası təsis edib...

Daha sonra Ermənistan mason lojasından  bəhs edən  V.Ağacanyan həm “Ermənistan Böyük Lojası”x9d, həm də A.Boqdanovun rəhbəri olduğu “Böyük Rusiya Lojası”x9dnın “Fransanın Böyük Şərqi”x9d adlı eyni milli fransız lojası tərəfindən təsis edildiyini vurğulayaraq yazır:”x9dBəs bütün bunların rus masonları liderinin Qarabağ səfəri ilə nə əlaqəsi var? Məsələ ondadır ki, “Böyük Rusiya Lojası”x9d 24 iyun 1995-ci ildə  Moskvada təsis edilmişdir. Onun təsisçisi   “Fransanın Böyük Şərqi”x9d milli fransız lojası olub.

Gürcüstan və Abxaziya lojaları Rusiya lojasının filiallarıdır...

2013-cü ilin əvvəlində isə “Böyük Rusiya Lojası”x9d öz növbəsində “Kavkaz”x9d Distriktini(Fransa və bəzi Qərb digər ölkələrində inzibati-ərazi vahidi anlamında işlənir-S.L.) təsis edib.  Həmin quruma iki loja -Gürcüstan və Abxaziya lojaları daxil idi. 14 mart 2015-ci ildə Tiflisdə “Böyük Rusiya Lojası”x9dnın  bilavasitə iştirakıyal tarixdə ilk milli gürücü lojası olan “Gürcüstan Böyük Lojası”x9d yaradıldı. Bu minvalla Rusiya lojası gürcü lojasının “anası”x9d rolunu ifa edir.  Və belə çıxır ki, ümumi ana loja olan  Fransa lojası hələ Rusiya təsiri qalan postsovet məkanında filiallarını yaratması üçün rus lojasına xeyir-dua verib...”x9d

 Qarabağ lojası  həm Fransa, həm Rusiya lojalarının təsiri altındadır...

“...Bu o demək deyilmi ki, cənab Boqdanov məhz bu məqsədlə 39 il sonra arvadının babasının məzarını “yada salıb”x9d və Dağlıq Qarabağda Firəngistan-Rusiya lojasını açıb. Üzərindəki açıq mason rəmzlərinə görə elə Valleks Qarden mehmanxanası da Dağlıq Qarabağda müvəqqəti mason məbədi deyilmi?..”x9d-deyə V.Ağacanyan son nəticəyə gəlir...

Bəlkə də Qarabağ lojası ATƏT-in Minsk Qrupundakı iki həmsədr ölkənin  Qarabağ probleminin uzadılmasındakı rolunun daha da gücləndiriliməsinə xidmət edir...

Bu mövzuda araşdırmalarımızı davam etdirəcəyik, inşallah...

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin