BAXCP sədri İstanbulda törədilən terroru lənətlədi

Hazırda oxunan: BAXCP sədri İstanbulda törədilən terroru lənətlədi

142759
“Türkiyə-Rusiya münasibətlərinin sağlamlaşdırılması istiqamətində atılan addımlar bizi nə qədər sevindirdisə, Türkiyənin İstanbul şəhərinin Atatürk Hava Limanında baş verən terror aksiyası bir o qədər və daha artıq kədərləndirdi”x9d.xa0

Moderator.az xəbər verir ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında belə deyib.xa0

BAXCP sədri terroru lənətlədiyini və bu çətin günlərdə bütün Azərbaycan vətəndaşları kimi qardaş Türk xalqı ilə birlikdə olduğunu vurğulayıb:xa0

"Bu amansız cinayət nəticəsində ölənlərin ailələrinə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyirəm. Ümid edirəm ki, bu terroru törədənlər və onların arxasında dayanan qüvvələr tezliklə öz layiqli cəzalarını alacaqlar".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin