Report.az saytının verdiyi məlumata görə, Salyan şəhərinin Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan rayon Mərkəzi Xəstəxanasının (MX) doğum şöbəsinə yerləşdirilib. Məlumata görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.
Məlum informasiyanı dəqiqləşdirmək
üçün Moderator.az olaraq Salyan rayon prokurorunun köməkçisi Əbil Mirzəyevlə əlaqə
saxladıq. Ə.Mirzəyev məlum informasiya ilə bağlı bütün detalları təsdiqləməsə də,
uşaq ölümünün baş verdiyini təsdiqlədi:
“Hadisənin hansı şəraitdə
baş verdiyi hələlik bəlli deyil. Lakin iki azyaşlı uşağın dünyasını dəyişməsi
doğrudur. Hazırda məlum olayla bağlı araşdırma aparılır. Məsələ ilə bağlı
ictimaiyyətə lazımi məlumat veriləcək”x9d.
Seymur Əliyev




































































































