Dövlət Yol Polisinin əməkdaşlarının xidməti avtomobilləri Fəvvarələr Meydanına daxil olub.xa0
Oxucularımızdan biri bu haqda Moderator.az-a məlumat verərək meydanda çəkdiyi fotonu redaksiyaya göndərib. xa0

Oxucumuzun bildirdiyinə görə, hazırda Fəvvarələr Meydanında bir neçə DYP maşını var. Ehtimallara görə, DYP əməkdaşları "Formula 1" - lə əlaqədar olaraq bağlanmış mərkəzi yoldan istifadə edə bilmədiklərinə görə, xa0Fəvvarələr Meydanına girirək oradan istifadə edirlər. Qeyd edək ki, Fəvvaralər Meydanına nəqliyyat vasitələrinin girişi qadağandır. Son illər ərzində ilk dəfədir ki, meydana avtomobillər daxil olub.































































































