Bu gün səhərə yaxın Salyanın Kürsəngi kəndində 4 yaşlı uşağı yatdığı yerdə ilan sancıb.
İlan 2012-ci ildə anadan olmuş Ataliyev Elgün Nəzər oğlunun sağ diz nahiyəsindən sancıb.
Valideynləri tərəfindən dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan uşağa tibbi yardım göstərildikdən sonra evə buraxılıb.(Virtualaz.org)
































































































